Əsas Səhifə > Şou-biznes > “İrəvana qədər getmək lazımdır”

“İrəvana qədər getmək lazımdır”


30-09-2020, 17:22
“İrəvana qədər getmək lazımdır”
“Allah bütün əsgərlərimizi qorusun, hətta lazım gəlsə, mən də 81 yaşımda cəbhəyə yollanaram, təki döyüş dayanmasın. İrəvana qədər getmək lazımdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Xalq artisti Süleyman Abdullayev (Dədə Süleyman) Azərbaycan Ordusunun düşmən təxribatını dəf etmək məqsədilə təşkil etdiyi əks-hücum barədə danışarkən deyib.

Xanəndə illərdir torpaqlarımızın azad olunmasını arzuladığını bildirib:

“Hisslərimi sözlə ifadə edə bilmirəm. Allah əsgərlərimizə, Prezidentimizə ömür versin, onları qorusun. Mənim illərdir ürəyimdə bircə arzum o idi ki, torpaqlarımız alınsın. Prezident illərdir dünyaya hay saldı, amma onun sözünə qulaq asmadılar, indi isə kişi kimi vuruşur. Dünya gördü ki, 30 ildir biz deyirik, başa salırıq, amma ermənilər qanmadı. Bunlar bilmir ki, oralar bizim torpaqdır. İki əsr əvvəl Çar Rusiyası ermənilərə bir sığınacaq verib, sonra da böyüyüb torpaqlara yiyələniblər, ölsünlər! İrəvandakı məscidlərdən utansınlar Erməninin özünün heç nəyi yoxdur”.

Xalq artisti düşmənin diz çöküb yalvaracağı günə kimi döyüşü davam etdirməyin vacib olduğunu dilə gətirib:

“O vaxt Prezident bir cümlə işlətdi “Qarabağ Azərbaycanındır, nida” dedi. İrəvan torpaqları da Azərbaycanındır. İndi elə etməsinlər ki, İrəvana qədər gedib çıxaq! Mən Ali Baş Komandanımızdan xahiş edirəm ki, döyüşü dayandırmasın. Bütün Azərbaycan xalqının adından xahiş edirəm, qəti dayanmasın, geriyə yol yoxdur. Bütün dünya da, Allah da bilir ki, biz haqlıyıq”.

Geri qayıt