Əsas Səhifə > Şou-biznes > Xalq artistindən sərt çıxış:
Xalq artistindən sərt çıxış:2-10-2020, 09:53 |
Bu həftə "CNN Türk" ekranlarında yayımlanan "Bitərəf Zona" proqramında Azərbaycan-Ermənistan sərhədindəki münaqişələr müzakirə edilib. Open.az türk mətbuatına istinadən xəbər verir ki, Ahmet Hakanın aparıcısı olduğu proqramın bu həftəki qonaqları Hakan Bayrakçı, Mehmet Metiner, Nazif Okumuş və Azərbaycanın xalq artisti Azərin olub. Verilişə videobağlantı ilə qoşulan sənətçinin sözləri diqqət çəkib. O, ekranda azəri sənətçisi kimi tanıdılmasına sərt reaksiya göstərib: "Adımın altında "azəri sənətçisi" deyə yazı gördüm. Mən azəri sənətçisi deyiləm. Mən Azərbaycan türküyəm. Mənə azərbaycanlı deyə bilərsiniz, ancaq mənə azəri deməyin". Geri qayıt |