Əsas Səhifə > Şou-biznes > "Elə bir zaman yetişdi və..."
"Elə bir zaman yetişdi və..."6-10-2020, 08:47 |
“Biz otuz il idi gözləyirdik, millət və dövlət olaraq hər zaman qonşu dövlətlərə hörmət etmişik. Amma biz gördük ki, səsimizə-səs verən olmadı, atəşkəs olsa da yenə şəhidlər verdik. Elə bir zaman yetişdi və başda Ali Baş Komandan olmaqla, bütün xalq Qarabağ uğrunda savaşa başladılar” Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Nuriyyə Hüseynova deyib. Müğənni tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə inandığını bildirib: “Ordumuzun uğurları göz qabağındadır. Vətənimiz həm sevinc, həm də kədər içindədir. Ona görə kədərlidir ki, şəhidlərimiz var, bununla yanaşı, otuz ildən artıqdır işğal altında qalan torpaqlarımız azad edildiyi üçün sevinc içindəyik. Bu gün bu sevinci hamımız yaşayırıq. Sevinclə-kədər bir-birinə qarışıb. Amma bütün bunlara baxmayaraq irəli getməliyik. Baxmayaraq ki, dünya dövlətlərinin bir çoxu müharibəni saxlamaq üçün bizə çağırış edir, amma onlara vaxtında demişdik ki, ermənilərin işğala son qoyması üçün onlara çağırış etsinlər. Biz otuz il idi gözləyirdik, millət və dövlət olaraq hər zaman qonşu dövlətlərə hörmət etmişik. Amma biz gördük ki, səsimizə-səs verən olmadı, atəşkəs olsa da yenə şəhidlər verdik. Elə bir zaman yetişdi və başda Ali Baş Komandan olmaqla, bütün xalq Qarabağ uğrunda savaşa başladılar”. Müğənni dövlətimizə dəstək olan dövlətlərə də təşəkkür edib: “Mən arxamızda dayanan, bizə dəstək olan dövlətlərə təşəkkür etmək istəyirəm. Şəxsən qardaş Türkiyə bizə dəstək olduğuna görə prezident Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirirəm, onların qarşısında baş əyirəm. Onlar bu gün bizi tək qoymadılar. Bu gün Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixini dünya tarixində yazır. Prezidentin orduya verdiyi güc, dəstək, orduda böyük ruh yüksəkliyi yaradıb. Əsgərlərimiz millətinə və dövlətinə güvənir. Əsgərlərimiz bu inamla qələbəyə doğru gedir. Mən bu birliyin heç vaxt şahidi olmamışdım. Hər bir Azərbaycan vətəndaşı ordumuza dəstək olmaq üçün fonda gücü çatdığı məbləği köçürür. Allahdan arzu edirəm ki, heç bir əsgərimizin burnu qanamasın. Düşünürəm ki, qələbə çox yaxındadır və bir sənət adamı olaraq konsertlərimizi o torpaqlarda verəcəyik”. Müğənni bir neçə gün öncə insult keçirən ustadı Arif Babayevlə də bu xoş xəbəri paylaşdığını bildirib: “Bir neçə gün öncə ustadımız Arif müəllimlə danışanda dedim ki, Arif müəllim, xəstələnmək nədir, siz sevinc və fərəh içində olmalısınız ki, xəstəliyə qalib gələsiniz. Arada elə bir məqam yaranmışdı ki, düşünürdülər ki, Qarabağ unuduldu, yaşlı nəsil dünyasını dəyişdi, yeni nəsil müasir dünyanın şərtləriylə böyüyür, Qarabağı görməyən uşaqlar hansı Qarabağdan danışacaqlar? Amma genetik kodlar hər şeyi ortaya qoydu. Bu gün anasının qucağında Qarabağdan didərgin düşən uşaqlar indi torpaqların müdafiəsinə qalxıb və müharibədə döyüşür. Mən belə oğullarımızla fəxr edirəm. Azərbaycan əsgəri heç vaxt qadınla vuruşmur. Əslində bizim əsgərlər görsə ki, bir düşmən qadını çarəsiz qalıb onu öz yaxınlarının yanına yola salar, toxunmaz. Çünki mənim millətimin oğlunda namus-qeyrət var, onun savaşı kişiylədir, qadınla yox. Həqiqətən bunlar hamısı zamanla üzə çıxır. 2020-ci ildə pandemiyaya görə hamı təlatümlə yaşadı, amma məncə, bu il həm də haqq-ədalət ilidir. Mənim üçün bu il çox gözəl ildir. İnsanların içində güc olanda xəstəliyə də qalib gəlir. Mən millətimizə, dövlətimizə, ordumuza uğurlar arzulayıram. Azərbaycanın bu gözəl gününə sevinməyən bizdən deyil. Yaşasın Azərbaycan ordusu!”. Geri qayıt |