Əsas Səhifə > Şou-biznes > Faiq Ağayev əsgərlərə məktub yazır, pul köçürənlər də var
Faiq Ağayev əsgərlərə məktub yazır, pul köçürənlər də var6-10-2020, 12:14 |
Sentyabrın 27-dən Ermənistanən hərbi təxribatlarına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başlayıb.Uğurlu əməliyyatlar nəticəsində Cəbrayıl şəhəri, Murov zirvəsi və bir necə kəndlərimiz işğaldan azad olunub.Bundan qorxan erməni ordusu Azərbaycanın mülki əhalisini atəşə tutub. Belə çətin və məsuliyyətli bir zamanda vətəndaşlarımızın Orduya dəstəyi inanılmaz dərəcədə möhtəşəmdir. Onların sırasında şou nümayəndələri və aparıcılar da var. Əməkdar artist, xanəndə Təyyar Bayramov Sfera.az-a açıqlamasında keçən həftə Xalq artisti Mənsum İbrahimov ilə birlikdə Ağdamda olan əsgərlər üçün 2000 (İki min) manat məbləğində sovqat yola saldıqlarını deyib. "Ağdamda yardımlar üçün xüsusi fond yaradılıb. Yardımlarımız onların vasitəsilə əsgərlərə çatdırılır. Bu həftənin sonu yenidən yardımlar edəcəyik. Bu bizim borcumuzdur”. Aparıcı Zaur Baxşəliyev sosial şəbəkə hesabında fonda 5000 (beş min) min manat yardım etdiyini yazıb: "Allah ordumuzu qorusun. Bu məbləğ o igid oğullarımızın şücaəti qarşısında heç nədir. Onların hamısının qarşısında baş əyirik. Bu gün birlik günüdür”. Aprıcı və prodüser Tarix Əliyev isə fonda 1000 (min) manat yardım etdiyini qeyd edib: "Bu gün hər birimiz bacardığımız qədər dövlətimizə, əsgərlərimizə dəstək olmalıyıq. Mən də özümə borc bilib Silahlı Qüvvələr Yardım Fonduna öz əmək haqqımdan min manat pul köçürtdüm. Bu reklam yox, təbliğatdır. Məbləğindən asılı olmayaraq hər bir tanınmış şəxs, incəsənət adamları, müğənnilər dəstək Ordumuza dəstək olmalıdı.r Biz birlikdə güclüyük”. Xalq artisti Faiq Ağayev isə cəbhədə döyüşən əsgərlərimizə müxtəlif sovqatlar göndərib. O eyni zamanda maraqlı jesti ilə diqqət çəkib - əsgərlərimizə məktub yazıb. Müğənni Əflatun Qubadov fonda 1000 manat vəsait köçürüb. Qeyd edək ki, Nuri Sərinləndirici və Nadir Qafarzadə fonda ilk yardım edən müğənnilər olub. Geri qayıt |