Əsas Səhifə > Şou-biznes > "Bu torpaq üçün hər an canımızdan, qanımızdan keçməyə hazırıq"

"Bu torpaq üçün hər an canımızdan, qanımızdan keçməyə hazırıq"


7-10-2020, 13:10
"Bu torpaq üçün hər an canımızdan, qanımızdan keçməyə hazırıq"
Sentyabrın 27-də Ermənistan tərəfindən cəbhə xəttində törədilən təxribata Azərbaycan Silahlı Qüvvələri əks-hücumla cavab verib. Artıq onbirinci gündür cəbhə xəttində gərginlik davam edir. Torpaqlarımızın bir hissəsinin işğaldan azad olması xəbərləri ölkədə qələbə ab-havası yaradıb.

Məşhurlar orduya dəstək olaraq bu haqda sosial şəbəkə hesablarında paylaşırlar.

Yenisabah.az xəbər verir ki, son günlər sosial şəbəkədə orduya dəstək olmadığına görə ittiham edilən müğənni Manaf Ağayev buna etiraz edib.

ATV telekanalında yayımlanan “Qarabağ Sədası” proqramında qonaq olan ifaçı döyüşün ilk günlərindən cəbhəyə yollandığını bildirib:

“Görürəm bəzi izləyicilər mənim cəbhə xəttinə getməyimdən, ordumuza dəstəyimdən məlumatsızdırlar. Nəzərinizə çatdırmaq istəyirəm ki, döyüşlərin ilk günlərində dostlarım və oğlanlarımla birgə üç gün cəbhə xəttində olduq və əlimizdən gələn köməkliyi etdik. Sadəcə həmin an çəkilişə icazə verilmədiyi üçün paylaşım etmədik. Hər zaman da ordumuzun yanındayıq. Bir qarabağlı kimi fəxr edirəm ki, vətənimin belə qeyrətli, igid oğulları var. Bu torpaq üçün hər an canımızdan, qanımızdan keçməyə hazırıq. Bilib-bilmədən xahiş edirəm insanları mühakimə etməyin. Allah xalqımızı, cənab Prezidentimizi qorusun. İnşallah, tezliklə yeni qələbə xəbərləri eşidək”.

Geri qayıt