Əsas Səhifə > Şou-biznes > "Ordumuz həm maliyyə, həm də texnika baxımından çox güclüdür"

"Ordumuz həm maliyyə, həm də texnika baxımından çox güclüdür"


8-10-2020, 14:52
"Ordumuz həm maliyyə, həm də texnika baxımından çox güclüdür"
Qarabağda döyüşlərin başladığı ilk günü tanınmış məşqçi Kamil Zeynallı cəbhə bölgəsinə yola düşüb. Hazırda o, hərbçilərimizə dəstək olur, az qala bütün işlərdə onlara yaxından kömək edir. Tanınmış idmançı həm də əsgərlərin cəbhədəki ən yaxın dostudur. Kamil bəy istər gətirdiyi sovqatlarla, istərsə də yüksək-əhval ruhiyyəsi ilə onların könlünü şad edir.

“Sherg.az” da idmançı ilə əlaqə saxlayaraq cəbhədə yaşananları onun öz dilindən eşitmək istəyib:

“Əsgərlər döyüşmək üçün can atırlar. Bilirsiz ki, ön cəbhəyə əsgərləri hissə-hissə göndərirlər. İnanın, hər tabor vuruşmağa sevinə-sevinə gedir. Deyirlər nəhayət bizə növbə çatdı. Hamıda yüksək səviyyədə döyüş əhval-ruhiyyəsi var. Bunları müsahibə üçün demirəm.
Həqiqəti dilə gətirirəm.”

Kamil Zeynallı xaricdə yaşayan soydaşlarımızın da ürəyinin Vətənlə döyündüyünü, orduya göstərdikləri dəstəyi xüsusi qeyd edib:

“Qürbətdəki bütün həmvətənlərimiz Vətənə qayıdıb, döyüşlərdə iştirak etmək istəyirlər. Eləsi var ki, zəng vurub ağlayır. Deyir ürəyimiz partlayır, siz orda, biz burda. Heç nə edə bilmirik. Bizim də Vətənimizdir. Niyə burda qalmalıyıq, oturmalıyıq? Deyirəm, qardaş, nə edə bilərəm axı? Səfirliyə, diaspora müraciət ediblər ki, bizi göndərin, bizi də savaşmağa aparsınlar. Həm də əsgərlərimizə böyük dəstək olublar. Onların vasitəçiliyi ilə cəbhə boyu bütün hərbiçilərimizə pay göndərilib.

Yardım demirəm, pay. Çünki ordumuz həm maliyyə, həm də texnika baxımından çox güclüdür. Onlar sovqat göndəriblər, mən də bütün əsgərlərimizə çatdırmışam”.

Geri qayıt