Əsas Səhifə > Şou-biznes > "Keçmişim vətən uğrunda çəkilən filmlərdən ibarətdir"

"Keçmişim vətən uğrunda çəkilən filmlərdən ibarətdir"


8-10-2020, 16:05
"Keçmişim vətən uğrunda çəkilən filmlərdən ibarətdir"
“Mən 2011-ci ildə Qarabağ haqqında oxuyanda, çoxunuzun yadına düşmürdü. “Xoca”, “Qanlı Yanvar” filmlərinə çəkiləndə belə hamınızdan vətənpərvəri mən idim. 10-a yaxın fəxri diplomum var. Keçmişim vətən uğrunda çəkilən filmlərdən ibarətdir”.

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Mina sosial şəbəkədə yazıb. İfaçı onu tənqid edənlərə aşağıdakı kimi cavab verib:

“Bozbaş müğənnilər kimi ortada qalmış mahnıların ifaçısı deyiləm. Mən aktrisayam. Geyimlərimə söz deyən insanlar, siz gedin həyatınıza sahib çıxın. Utanmırsınız, azərbaycanlı qadını erməniyəmmiş kimi tənqid edirsiniz. Guya sizin nəsildə açıq geyinən olmayıb? Bizim səhnəmizdə hamı rahibə kimi geyinir? Mən kimlərinsə etdiyinin 100-də birini etməmişəm. Mənim həyatım, namusum, geyimim özümə aiddir. 13 yaşım yoxdur, mən bir fərdəm, şəxsiyyətəm. Şükür Allaha ki, adım onunla, bununla hallanmır. Hamınız mənə dediyiniz sözlərə görə Allaha cavab verəcəksiniz”.

Qeyd edək ki, “Xəbər ətər” verilişinə şortda qatılan müğənni tənqid edilib.

Hazırda Mina vətənpərvərlik ruhunda yazılmış mahnıya klip çəkdirir. O, çəkiliş anının görüntülərini sosial şəbəkədə bölüşsə də, bu addımı da tənqid olunub.

Geri qayıt