Əsas Səhifə > Şou-biznes > “Tezliklə Şuşada bayrağımızı qaldıracayıq və Şuşanı dünya mədəniyyətinin mərkəzi edəcəyik”
“Tezliklə Şuşada bayrağımızı qaldıracayıq və Şuşanı dünya mədəniyyətinin mərkəzi edəcəyik”9-10-2020, 11:23 |
Rəşadətli Ordumuz bir-birinin ardınca uğurlu əməliyyatlar keçirərək, işğal olunmuş ərazilərimizi düşmən tapdağından azad edir. Bu da insanlarda ruh yüksəkliyi, qələbəyə inam yaradır. Son günlər vətənpərvərlik mövzusunda mahnılar yazdıran, kliplər çəkdirən sənətçilər də az deyil. Televiziyalar və radiolar da vətənpərvərlikdən bəhs edən mövzuları gündəmdə saxlayır, mahnılar, əsərlər təqdim edərək insanları qələbəyə səsləyir. Bəs bu günlərdə kimlər hansı əsəri ortaya qoyub, ya da hansı əsərləri yazmağa başlayıb? Musavat.com mövzu ilə bağlı tanınmış bəstəkarların fikirlərini öyrənib. Bəstəkar Faiq Şücəddinov bildirib ki, vətənpərvərlik mövzusunda yeni əsərlər yaradır: “Mən bütün bu proseslərin içində olan adamam, hər şeydən xəbərim var. Biz qələbə çalan millətik, torpaqlarımız alınır. Çox tezliklə Şuşada bayrağımızı qaldıracayıq və Şuşanı dünya mədəniyyətinin mərkəzi edəcəyik. Orada konsertlər veriləcək, konfranslar keçiriləcək, mədəniyyət ocağı olacaq. Mən bugünlərdə çox qürurluyam ki, cənab Prezidentimiz İlham Əliyev çox gözəl müsahibələr verir, Qarabağda yaşananları dünyaya çatdırır. Daim vətənpərvərlik mövzusunda gözəl əsərlər yazmışam, yazmaqda davam edirəm. Sözümü ”Qarabağ bizimdir, bizim olacaq" sözləri ilə bitirmək istəyirəm: Qarabağ bizimdir, bizim olacaq Bu kəlmə ilə İlham tarix yazacaq Qarabağ sevgisi canımdır, candır Qarabağ bizimdir, Azərbaycandır. 40 yaşında insana müdriklik gəlir" Bəstəkar Vüqar Camalzadə bildirib ki, vətənpərvərlik mövzusunda daha çox azərbaycanlı sənətkarlar əsərlər yazır: “Biz bu günü çoxdan gözləyirdik, uşaqlığımızdan, Qarabağımız gedən gündən qələbə gününü gözləyirik. Allaha şükür ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə bu gün gəlib çatdı. Azərbaycan xalqı bir amal haqqında düşünür. Peşəsindən, kimliyindən asılı olmayaraq hamı vətən deyib, vətən eşidir. Yeganə amalımız torpaqlarımızın geri qayıtmasıdır. Qələbə xəbərləri hamımızda ruh yüksəkliyi yaradır, millət kimi bizi dirçəldir. İllərdir içimizdə olan kədəri, nisgili aradan qaldırır. Əlbəttə ki, yaradıcı insanlarda ruh yüksəkliyi ilə yeni əsərlər yaradır. Mən də onlardan biriyəm. Bugünlərdə televiziyalarımızda, radiolarımızda səsləndirilən yeni və köhnə vətənpərvərlik mahnıları insanlarımızda ruh yüksəkliyi yaradır. Başa düşürsən ki, dünyada bizim bəstəkarlar, şairlər qədər vətənpərvərlik mahnıları oxuyan yoxdur. İnşallah, bundan sonra qələbədən bəhs edən mahnılar, əsərlər yazacağıq”. “Yeni Müsavat” Geri qayıt |