Əsas Səhifə > Şou-biznes > “Anamın dayılarını İçərişəhərdə ermənilər doğrayıb“
“Anamın dayılarını İçərişəhərdə ermənilər doğrayıb“9-10-2020, 16:53 |
Son günlər ordumuzun, igid əsgərlərimizin göstərdiyi şücaət hər kəsdə sevinc, qürur hissi yaşadır. Cəbrayılın düşmən tapdağından azad olunması xalqımızı daha da qürurlandırdı. Mövzu ilə əlaqəli təəssüratlarını Yenisabah.az-la bölüşən müğənni Əli Mirəliyev Azərbaycanın haqq yolunda irəlilədiyini deyib: “Azərbaycanın düşmənləri bizi tərpənməyə qoymurlar, torpağımızı alırlar, millətimizi bölüblər. Arazın solunda Şimali Azərbaycan, sağında Cənubi Azərbaycan. Hansı dövlətdə belə bir şey var? Allah prezidentimizə, Ərdoğana can sağlığı versin ki, bu gün biz haqq yolunda irəliləyirik. Dünən Rusiya telekanalından verilişə baxıram, ermənipərəst ekspertləri yığıblar, bizdən də cəmi iki nəfər var onların da sözünü kəsirlər, danışmağa imkan vermirlər. Dünən mən o verilişə baxa-baxa iki dərman içmişəm, təcili yardım gəlib. Rus kimdir ki, deyir mənim torpağım - Şuşa ermənilərindir? Axşam eşidirəm ki, Putin bizim xarici işlər nazirimizi və ermənilərin nazirini Moskvaya çağırıb. Əlbət ki, çağıracaq, çünki ermənilər cəbhədə uduzurlar, bunu çox yaxşı görürlər. Qəbul etmirlər, çünki bu müharibədə uduzsalar Qafqazda hakimiyyət türklərin əlinə keçəcək. Biz güclüyük, 10 milyon burada, 83 milyon Türkiyədə, 30 milyon da İranda türklər var. Ayağa qalxsaq aləm bir-birinə qarışacaq. Niyə bizi haqq işimizə imkan vermirlər? Şuşamızı verin, gedək yaşayaq. Lazımdırsa, onlar da yaşasın. Guya, Bakıda ermənilər yoxdur? Tatyana özünü Təranə, Anjela Anaxanım edib Bakıda yaşayır. Biz bunları görürük, onlara dəymirik ki. Amma görək İrəvanda bir nəfər azərbaycanlı yaşayırmı? Mən Xankəndidə, İrəvanda o vaxt konsertlər vermişəm, inanın Fransada olmayan səhnələr oralarda vardı. Nolsun mən bakılıyam, amma Şuşanı qarış-qarış gəzmişəm. Şuşama qurban olum”. Sənətçi Fransanın bu müharibədə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirdiyini bildirib: “Prezidentimizə minnətdaram, 71 yaşlı kişi üçün bundan artıq nə sevinc ola bilər? Bizi hər yerdən sıxışdırırlar, Fransadan “makaron” (Emmanuel Makron) bizə müdaxilə edir. Fransa illərdir ermənipərəstdir, erməni soyqırımını tanıyıb, guya ki, biz türklər onları qırmışıq. Biz onları qırmamışıq, indiyə kimi onlar bizi qırıblar. Mənim anamın dayılarını İçərişəhərdə ermənilər gəlib doğrayıblar. Nənəm öz əlləri ilə onların meyitlərini çıxarıb. Nənəm bunları mənə danışanda uşaq idim, başa düşmürdüm, amma bu gün anlayıram. Ermənilər həqiqətən faşist, terrorist, yer üzü üçün qorxulu bir millətdir. Onların qarşısını kəsmək lazımdır”. Ə.Mirəliyev lazım gələrsə, döyüşdə iştirak etməyə hazır olduğunu da qeyd edib: “Mən Azərbaycanın qələbəsini gözləyirəm, Şuşada bayrağımızı sancacağıq, baxmayaraq ki, Putin atəşkəsin olmasını istəyir, amma xeyri yoxdur, Ərdoğan bu işə qol qoyubsa, burada başqa söhbət ola bilməz. Mən odumuza müvəffəqiyyətlər arzulayıram, döyüşən cavan əsgərlərə canım qurban, inanın mənə imkanım olsa, mən də gedib döyüşərəm, vallah gedərəm”. Geri qayıt |