Əsas Səhifə > Şou-biznes > "İnşallah bir-iki günə xoş xəbərlər eşidəcəksiniz"
"İnşallah bir-iki günə xoş xəbərlər eşidəcəksiniz"10-10-2020, 10:51 |
Xəbər verdiyimiz kimi, tanınmış fitness məşqçisi Kamil Zeynallı əsgərlərə dəstək olmaq üçün Füzuli rayonuna yollanıb. Yenisabah.az-a danışan idmançı cəbhədə vəziyyətin yaxşı olduğunu, xoş xəbərlər eşidəcəyimizi bildirib: "Mən hazırda Füzulidəyəm, Alxanlı kəndində cəbhə bölgəsində. Burada vəziyyət əladır, şükürlər olsun, geriyə bir addım atmamışıq, Allaha and olsun ki, atmamışıq. İnşallah bir-iki günə xoş xəbərlər eşidəcəksiniz. Cənab Prezident özü açıqlayacaq". K.Zeynallı cəbhədə döyüşən əsgərlərə xarici ölkələrdən xeyli pay gəldiyini bildirib: "Mən özüm cəbhə bölgəsindəki 20 min əsgərə bütün lazımi əşyaları yollamışam, həmçinin dostlarım, xarici ölkələrdə yaşayan azərbaycanlılar da yardımlarını əsirgəmirlər. Hazırda da yardımlar davam edir, həm mən tərəfdən, həm də dostlarımdan. Bakıda da köməkçilərim həyətlərdə anbarlar götürüblər, orada hər şeyi hazır edib, yollayırlar". Geri qayıt |