Əsas Səhifə > Şou-biznes > “Atəşkəs xəbərini eşidəndə ağladım”

“Atəşkəs xəbərini eşidəndə ağladım”


13-10-2020, 16:57
“Atəşkəs xəbərini eşidəndə ağladım”
“Allah bizi döyüş meydanında tək qoymasın, erməniləri yerlə-yeksan eləsin, yer üzündən yox eləsin!”

Bu sözləri Yenisabah.az-a müğənni Xuraman Şuşalı deyib. Sənətçi tezliklə torpaqlarımızın işğaldan azad olacağına inandığını bildirib:

“Allahın izni ilə torpaqlarımıza dönəcəyik. Dua edirəm, əsgərlərimizin, ordumuzun salamatlığını istəyirəm. İnanıram ki, qələbə bizim olacaq, çünki cənab Prezidentin çıxışında hər şey deyilirdi. Alalh Prezidenti, dostu Ərdoğan və Pakistanı, cümlə bizə dəstək olanları qorusun. Dostlarımızın sayını artırıb, düşmənlərimizi yox eləsin. İnanıram ki, tezliklə Şuşada olacağıq”.

Xanım sənətçi Azərbaycanla Ermənistan arasında humanitar atəşkəsin əldə edilməsi ilə bağlı razılığa gəlindiyi xəbərini alanda ağladığını deyib:

“Düzünü desəm, atəşkəslə bağlı müqavilə imzalananda o qədər ağladım... Fikirləşdim ki, şəhidlərimizin qanı yenəmi yerdə qaldı? Biz onda klip çəkilişinə gedirdik, yolda idik, amma içimdə yenə bir ümid var idi. Dedim gedək klipimizi çəkək, amma içimdə fikirləşdim ki, sülh imzalansa bu mahnıya necə klip çəkəcəyəm?

Arzu edirəm ki, itkilərimiz çox az olsun, hərçənd ki, müharibə itkisiz olmur. Bilirsiniz, ermənilər son vaxtlar o qədər azğınlaşmışdılar ki, günə üç, beş, səkkiz şəhidimiz olurdu. Onlar artıq harınlamışdılar, yerlərində oturtmaq lazım idi. Bu da əsgərlərimizin qanı bahasına oldu. Bu qaçılmaz idi. Şəhidlik uca bir zirvədir. Bu zirvənin yüksəkliyini biz anlaya bilmərik. Ölüm onsuz da haqqdır, bir gün hamımız dadacağıq, amma ana baladan, ata övladdan, bacı qardaşdan doymur. Allah hamısına səbr, güc versin. Bizim də borcumuzdur ki, onlara dəstək olaq. İnşallah, Şuşada görüşərik!”

Geri qayıt