Əsas Səhifə > Şou-biznes > Murad Arifdən ordumuza dəstək kampaniyası:

Murad Arifdən ordumuza dəstək kampaniyası:


14-10-2020, 16:11
Murad Arifdən ordumuza dəstək kampaniyası:
Son günlər tanınmış müğənni, bəstəkar Murad Arif sosial şəbəkədə ordumuza dəstək üçün flaşmob başladıb. Sənətçinin təşəbbüsü ilə iş adamları, sıravi vətəndaşlar, şirkətlər, müxtəlif müəssisələr Silahlı Qüvvələrə Dəstək Fonduna pul köçürüb.

Təşkil etdiyi bu təqdirəlayiq aksiya haqqında “Sherg.az”a danışan M.Arif yarım milyona yaxın vəsait toplandığını söyləyib:

“Öncə insanlara motivasiya verdik. Dedik ki, belə bir bank hesabı var. Ora yatırım edə bilərsiniz. Biz də adınızı qeyd edərik. Çünki ianə edənlərin içərisində şirkətlər, səhifələr var. Hesab edirəm ki, onları paylaşmaq gözəl olar. Əvvəlcə təvazökarlıq edirdilər.

Ona görə ki, insanlar bu aksiyada səmimi qəlbdən iştirak edirlər.Sonra məsələ daha da kütləviləşərək bir aksiya halına gəldi. Hazırda Ukraynadan, Rusiyanın bir sıra şəhərlərindən iş adamları pul göndərir.

Həmçinin Azərbaycanın özündən də vəsait yardımı edirlər. Məsələn fabrikalar, inşaat şirkətləri var. Onlar da məbləği müəssisənin adından köçürdürlər. Mahiyyət etibarı ilə indi yarım milyonluq çekimiz var. Silahlı Qüvvələrə Dəstək Fonduna ianə edilib".

Geri qayıt