Əsas Səhifə > Şou-biznes > “Hər bir azərbaycanlı ordusunun, Ali Baş Komandanının yanındadır”
“Hər bir azərbaycanlı ordusunun, Ali Baş Komandanının yanındadır”15-10-2020, 09:23 |
27 sentyabr – Vətən Müharibəsinin ilk günündən etibarən Azərbaycan xalqının ordumuza mənəvi baxımdan ciddi dəstək verdiyi göz önündədir. Vətəndaşlarımızın, o cümlədən dövlət və özəl qurumların bir çoxu Silahlı Qüvvələrə Yardım Fonduna müxtəlif məbləğdə ianələr etməklə, Azərbaycan ordusuna həm də maddi baxımdan dəstək olmağa çalışır. Baxmayaraq ki, Azərbaycan ordusunun maddi təchizatı yüksək səviyyədədir və dövlətimiz bu məsələyə hər zaman xüsusi diqqət yetirib. Moderator.az-a açıqlamasında xalqın orduya dəstəyini yüksək qiymətləndirən xalq artisti Valeh Kərimov, Silahlı Qüvvələrə maddi dəstəyi də alqışladığını bildirdi: “Təbii ki, hazırkı şəraitində Azərbaycan ordusuna dəstək verməyi hər bir vətəndaşımız özünə mənəvi borc hesab edir. Ordu bizim qürurumuzdur. Odur ki, vətəndaşlar da, müxtəlif qurumlar da Silahlı Qüvvələrin Yardım Fonduna müəyyən vəsaitlər köçürməklə orduya dəstəklərini ifadə etməyə çalışırlar. Bunu da qeyd edim ki, orduya dəstəyin məhz bu cür – mərkəzləşmiş qaydada həyata keçirilməsi, bu məsələdə tam şəffaflığın təmin olunması xüsusilə təqdirəlayiqdir. 90-cı illərdə ölkəmizdə orduya yardımla bağlı bir neçə fond yaradılmışdı. Bu işlər kimliyi bəlli olmayan bir çox adamlar məşğul olurdu. Yığılan vəsaitlərin həqiqətən də ordunun ehtiyacı üçün xərclənib-xərclənmədiyi sual altında idi. Bu gün isə bu sahədə tam bir nizam və şəffaflıq mövcuddur. Hər bir vətəndaş əmindir ki, etdiyi yardım ünvanına yetişir və qələbəmizə töhfə verir. Xalq ordunu sevir və onun zəfərinə inanır. Əminəm ki, ordumuz öz qələbələrini genişləndirəcək və işğaldakı bütün torpaqlarımızın azadlığına nail olacaq”. Geri qayıt |