Əsas Səhifə > Şou-biznes > "Mənim atam iki aydır xəstəxanada reanimasiyada yatır"
"Mənim atam iki aydır xəstəxanada reanimasiyada yatır"15-10-2020, 15:29 |
Xalq artisti Aygün Kazımova Filipp Kirkorovun atası Bedros Kirkorovun Qarabağa etdiyi humanitar yardımla bağlı çıxan xəbər barəsində açıqlama verib. ''Ölkə.Az'' xəbər verir ki, sənətçi bununla bağlı ''İnstagram'' hesabında paylaşım edərək Filip Kirkorovla əlaqə saxladığını bildirib. “Filipplə əlaqə saxlamağı özümə borc bildim və telefon danışığımızı olduğu kimi sizə təqdim edirəm: “Aygün, sən hansı humanitar yardımdan danışırsan? Mənim atam iki aydır xəstəxanada reanimasiyada yatır. O, öz canının hayındadır. Ürəyindən əməliyyat olunub. Elə bir şey yoxdur və ola da bilməz! Bu xəbərlər yalandır! Böhtandır! Belə bir addım atılmayıb! Bu xəbərləri biz təkzib etmişik, bütün rus, hətta erməni mediasında bu haqqda məlumatlar da var, açıb oxuya bilərsiniz. Qarabağda baş verənlər məni də çox üzür və mən yalnız sülhün tərəfindəyəm". Bu xəbər Filipi də çox sarsıtdı. Əziz həmvətənlərim, çıxan xəbərlər tamamilə yalandır! Əzizlərim, bir xəbəri araşdırmadan bir-birimizi top atəşinə tutmayaq! Unutmayaq ki, bizi düşmən izləyir! Yeri gəlmişkən Filipp bu günə qədər nə “Can Rusiya” nə Bolqarıstan nə də “Can Ermənistan” oxumayıb. Amma “Can Canım Azərbaycanım” ifa edib. Bu mahnıya görə ermənilər Filipi top atəşinə tuturlar, “Instagram” səhifələrində və saytlarında təhqirlər yağdırırlar. Müharibə tək ön cəbhədə deyil, həm də sosial şəbəkələrdədir - informasiya müharibəsidir. Odur ki, ermənipərəst insanların oyununa alət olmayaq. Yalnız rəsmi xəbərlərə inanaq”-deyə, Xalq artisti qeyd edib. Geri qayıt |