Əsas Səhifə > Şou-biznes > “Paşinyana baxanda elə bilirəm ki, Məşədi İbadın hambalına baxıram”

“Paşinyana baxanda elə bilirəm ki, Məşədi İbadın hambalına baxıram”


16-10-2020, 17:24
“Paşinyana baxanda elə bilirəm ki, Məşədi İbadın hambalına baxıram”
“Bəzi ağzıgöyçəklər deyirdi ki, Zeynəb müharibə istəyir. İstəyir bizi qırğına versin. Mən də görürdüm ki, cavan uşaqlarımız atəşkəs ola-ola şəhid olur. Görürdüm ki, balalarımızı bir-bir itiririksə, müharibə edək də. Dedim elə birdəfəlik olsun”.

“MediaPost” xəbər verir ki, bu sözləri Xalq artisti Zeynəb Xanlarova “Xəzər” TV-də yayımlanan “Atəş xətti” verilişində deyib.

O, ermənilərin dinc əhaliyə atəş açmasını qınayıb:

“Ermənilər hazırda görür ki, orduya gücü çatmır, Gəncə kimi şəhəri vururlar. Müharibə zonasından uzaqda olan yerə hücum edirlər. Ay vicdansızlar, sizin necə ürəyiniz gəlir ki, insanları yatan yerdə bombalayırsınız? Gücünüz onlara çatır? Görün əsgərlərimizin qabağında dayana bilərsiniz? Onlar Hitlerdən fərqlənmirlər. Xocalıda etdiklərini Gəncədə təkrarladılar. Gəncəlilər mərd insanlardır. Cavadxanın, Nizaminin yurduna basqın etmək olar?”.

Z.Xanlarova Ermənistanın baş naziri Nikol Paşinyanı şeytan adlandırıb:

“Paşinyanın adı yaxşıdır, “dabanyalayan” sözü ona yaraşır. Bir ölkəni gör kimə tapşırıblar? Küçədən yığılan adama da dövləti etibar edərlər? Ona baxanda elə bilirəm ki, Məşədi İbadın hambalına baxıram. Nə danışığını, nə də hərəkətini başa düşmək olur. Bu adam insan deyil, şeytandır. Camaatın uşağını zorla saxlayır, onlar istəmirlər müharibə etsinlər. Biri var sən öz torpağın uğrunda müharibə edirsən, biri də var başqasının. Uşaq uşaqlığı ilə bilir ki, o torpaqlar erməninin deyil. Ona görə də qaçır”.

Geri qayıt