Əsas Səhifə > Şou-biznes > "Qatil Ermənistan üçün sülh çağırışları edənlər, hardasınız?!"

"Qatil Ermənistan üçün sülh çağırışları edənlər, hardasınız?!"


17-10-2020, 09:15
"Qatil Ermənistan üçün sülh çağırışları edənlər, hardasınız?!"
Xəbər verdiyimiz kimi Ermənistan bu gecə saat 01:30 radələrində Gəncəni yenidən balistik raket atəşinə tutub. Məlumata görə, 35 nəfər yaralanıb, 6 nəfər isə həlak olub. Ölənlər arasında 2 uşaq da var.

Gəncədə yaşanan terrorla bağlı məşhurlar da səssiz qalmayaraq, sosial şəbəkələrdə paylaşım ediblər.

Müsavat.com onlardan bir neçəsini təqdim edir:

Türkiyədə yaşayan məşhur azərbaycanlı ifaçı Azərin: "Barbar Ermənistan! Qatil Ermənistan üçün sülh çağırışları edənlər, hardasınız?! Niyə səsiniz çıxmır? İnşallah, hamınız məsum insanların, uşaqların qanında boğulacaqsız! Allah böyükdür".

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçısı, Fransada yaşayan Alban Klod: "Yenidən Gəncə üçün dua edirəm".

Xalq artisti Mənsum İbrahimov: "Gəncəni yenə Ermənistan ərazisindən raketlə vurdular. Allah bəlanızı versin!"

Əməkdar artist Aybəniz Haşımova: "Vicdansız erməni vandalları Gəncəni yenə raket atəşinə tutdu. Bacım Rənanın evinin bütün pəncərələri çilik-çilik oldu. Allah bəlanızı versin, ay vicdansız erməni vandalları. Nə istəyirsiniz axı bu dinc əhalidən?! Allah sizi yer üzündən yox eləsin".

Əməkdar artist Elnarə Xəlilova ingilis dilində yazıb: "Paşinyan terroristdir, uşaq qatilidir! Lavrov, atəşkəsdən sonra sivil insanlara nə edildiyini görürsünüzmü?"

Müğənni Ayaz Babayev də ingilis dilində qeyd edib: "Gəncə şəhəri, gecənin bir yarısı, saat 01:30-da Ermənistanın raket atəşinə məruz qaldı! 10 nəfər ölüb, yüzlərlə insan yaralanıb, onlardan biri də körpə uşaqdır".

Xatırladaq ki, bundan əvvəl oktyabrın 11-də Ermənistanın Gəncəyə atdığı raket nəticəsində 10 nəfər həlak olmuş, 34 nəfər yaralanmışdı.

Geri qayıt