Əsas Səhifə > Şou-biznes > "Hər bir azərbaycanlı kimi cəbhədən gələn şad xəbərlər məni də qürurlandırır"
"Hər bir azərbaycanlı kimi cəbhədən gələn şad xəbərlər məni də qürurlandırır"19-10-2020, 14:52 |
“Hər bir azərbaycanlı kimi cəbhədən gələn şad xəbərlər məni də qürurlandırır. Münaqişənin başladığı gündən ürəyimiz cəbhədə əsgərlərimizlə birgə döyünür. Bizə qələbə sevincini yaşatdığı üçün Ali Baş Komandanımıza və müzəffər ordumuza təşəkkür edirəm. Prezident İlham Əliyevin dediyi kimi Qarabağ Azərbaycandır!” Bu sözləri “Ölkə.Az”a açıqlamasında Xalq artisti Mübariz Tağıyev deyib. Yeni vətənpərvərlik mahnıları üzərində çalışan sənətçi Azərbaycan xalqında olan döyüş əzmindən də danışıb. “Hazırda yeni vətənpərlik mahnıları üzərində çalışıram. Bir sənət adamı kimi istəyərdim ki, bu çətin mübarizədə az da olsa mənim də payım olsun. Düzdür, qələbə sevinci ilə yanaşı Gəncə hadisələri bizi çox məyus etdi. İndiyə qədər Azərbaycanda baş verən faciələrə susan dünya ictimaiyyəti dinc əhalinin Gəncədə erməni terrorçuları tərəfindən qətl edilməsinə münasibət bildirməlidir. Ermənilərin bu vəhşiliyi cəzasız qalmamalıdır. Hazırda biz ikili hisslər yaşayırıq, bir gözümüzlə ağlayıb, bir gözümüzlə gülürük. Lakin erməni xalqı unutmamalıdır ki, bizim iradəmizi heç bir şey sındıra bilməz. Bütün xalqımız Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib. Bizdə olan döyüş, qələbə əzmini heç kim əzib keçə bilməz. Biz birlikdə güclüyük. Ulu Öndər Heydər Əliyevin bir sözü vardı “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Mən bu gün fəxr edirəm ki, mən azərbaycanlıyam, bu qorxmaz xalqın bir vətəndaşıyam. Var olsun Ali Baş Komandan, var olsun şanlı ordumuz! Mən inanıram ki, biz tezliklə bizim haqqımız olan torpaqlarımıza Qarabağa qayıdacağıq”. Geri qayıt |