Əsas Səhifə > Şou-biznes > "Bilmirəm keçirdiyim hissləri hansı sözlərlə ifadə edim"
"Bilmirəm keçirdiyim hissləri hansı sözlərlə ifadə edim"21-10-2020, 15:10 |
Dünən Prezident İlham Əliyev xalqa müraciət edib. Ölkə başçısı çıxışında Zəngilan şəhərinin və daha bir neçə kəndin işğaldan azad olunduğunu açıqlayıb. Xoş xəbərdən sonra zəngilanlı həmvətənlərimizin xoşbəxtliyi hər birimizi sevindirdi. Ürəyimiz dağa döndü. Onları təbrik etmək, sevinclərinə şərik olmaq isə bir başqa gözəllikdir. Hələ bir həftə öncə “Sherg.az”a Zəngilan həsrətindən danışan tanınmış xanəndə Almaz Orucova indi də sevincini bizimlə bölüşdü: “Allah dövlətimizi, Ali Baş Komandanımızı var eləsin. Azərbaycanın, Qarabağın gözü aydın olsun. Neçə ildir həsrətdəydik. O həsrət canımızda, qanımızda yaşayırdı. Bu gün şükürlər olsun sevindik. Həm dövlət başçımıza, həm də müzəffər ordumuza təşəkkür edirik. Allah şəhidlərimizin ruhunu şad eləsin. Şəhid analarının əlindən öpürəm. Ömür boyu onlara borcluyuq. Bilmirəm keçirdiyim hissləri hansı sözlərlə ifadə edim. Xəbəri eşidəndə verlişdə idim. İnanırsız hər kəs alqışladı, sevindi. Xalqımız bu gün böyük əzmkarlıq, birlik göstərir. Millətimiz var olsun.” Geri qayıt |