Əsas Səhifə > Şou-biznes > "Evi uçub, əşyaları paramparça olub,amma bir kəlmə də olsa gileyini eşitmədim"
"Evi uçub, əşyaları paramparça olub,amma bir kəlmə də olsa gileyini eşitmədim"22-10-2020, 11:44 |
Aparıcı Hacı Nuran "İnstagram" səhifəsində video paylaşıb BiG.AZ xəbər verir ki, aparıcı videoya bu şərhi yazıb: "Gəncə terroru neçə-neçə ailəni başsız, neçə-neçə uşağı gözüyaşlı qoydu. Gülnarə Quliyeva dağıntılar altından xilas olanlardandır. Olduqaca pozitiv insandır. Gəncə Mərkəzi Klinikasında müalicə olunur. Evi uçub, əşyaları param parça olub,amma bir kəlmə də olsa gileyini eşitmədim. Məni görən kimi gülümsədi və "ağrılarım keçdi" dedi. Məncə insanın şəfası onun əhval-ruhiyyəsidir. Görüşdüyüm, söhbət etdiyim insanların hər biri "malımız , mülkümüz dözvlətimizə, Ali Baş Komandanımıza qurban olsun" deyirlər. Bu cür xalqı alqışlamamaq, sevməmək mümkündürmü?" Geri qayıt |