Əsas Səhifə > Şou-biznes > "Bir igidin ömrü qədər gözləmişik bu anları"
"Bir igidin ömrü qədər gözləmişik bu anları"22-10-2020, 16:53 |
“Bu haqda indiyə qədər nə yazmışam, nə də danışmışam. Anamın atası Ağdamdandır - babam Yusif. Anam Ağdam şəhərində doğulub. Anamın çox kədərli həyat hekayəsi var...” Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar artist Gülzar Qurbanova sosial media hesabında yazıb. O bildirib ki, torpaqlarımızın işğaldan azad olunması onu həyəcanlandırır: “Ağdam anamın göz yaşlarıdır. Ağdam və Şuşanın işğaldan azad olunduğu xəbərini eşidəndə anama zəng vurub necə deyəcəyimi bilmirəm. Bir igidin ömrü qədər gözləmişik bu anları. Hadisələr elə sürətlə baş verir ki, fikirləşəndə Ağdamda dünyanın ən gözəl bayrağı dalğalanacaq, nə edəcəyimi bilmirəm. Elə bilirəm hər şey yuxudur, ayılanda nə baş verəcək, Allah bilir. Təki həyəcanım xoş sonluqla bitsin”. Qeyd edək ki, G.Qurbanova “Ölsəm, bağışla!” filmi ilə məşhurlaşıb. Geri qayıt |