Əsas Səhifə > Şou-biznes > "Makronla Paşinyanın bir-birilərindən fərqləri yoxdur"
"Makronla Paşinyanın bir-birilərindən fərqləri yoxdur"24-10-2020, 13:17 |
“Həmişə deyirəm ki, bizim ən zəif yerimiz ideoloji təbliğat olub və yüz illərdir ermənilər bizim əleyhimizə təbliğat aparıblar. Amma nə yaxşı ki, Paşinyan, Makron və Amerikada satın alınan jurnalist və politoloqlar var. Bizim möhtərəm prezidentimiz çox hazırlıqlı şəkildə dünyanın dilində təkbaşına onların hamısının cavablarını verir” Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. O, Makronla Paşinyanın bir-birilərindən heç də fərqli adam olmadıqlarını bildirib: “Makronla Paşinyanın bir-birilərindən fərqləri yoxdur. Həmişə deyirəm ki, bizim ən zəif yerimiz ideoloji təbliğat olub və yüz illərdir ermənilər bizim əleyhimizə təbliğat aparıblar. Amma nə yaxşı ki, Paşinyan, Makron və Amerikada satın alınan jurnalist və politoloqlar var. Bizim möhtərəm prezidentimiz çox hazırlıqlı şəkildə dünyanın dilində təkbaşına onların hamısının cavablarını verir. Fransada müsəlman əsilli bir qadın prezident seçkilərində Makronun rəqibidir və bütün debatlarda onu uda-uda gedir. İndi Makron da müsəlmanlara qarşı buna görə hücuma keçib. Niyə bəs Zidan qol vuranda, səni dünya çempionu edəndə dəstəkləyirdin, amma indi qadını niyə dəstəkləmirsən? Bunlar nə qədər şərəfsizliklər var əl atıblar. Bizim Ali Baş Komandanımız hamıya hər şeyi tarixi faktlarla izah edir. Prezident İlham Əliyev dünyanın axarın dəyişib. İ.Əliyev dünya ölkələrinin səksən fazinin baxışını bizim xeyrimizə dəyişib, dünya artıq həqiqəti görür. Mən min illərdir bunu davasın döyürəm ki, dünya yaranandan bəri tarixi şəxsiyyətlərin hamısı təkcə ermənilər haqda murdar, iyrənc sözlər deyirlər. Dünyanın dahi, böyük şəxsiyyətlərinin başı xarab olmuşdu ki, bunu deyələr? Araşdırın görün bizim xalqımız haqda bir yerdə bir adam pis söz deyibmi? Dünya neçə əsrlərdir ermənilərin satqınlığını ifşa edir”. Xalq artisti bu gün Ali Baş Komandanın dünyaya meydan oxuduğunu bildirib: “ATƏT-in Minsk Qrupunun üzvləri məhkəməyə cəlb olunmalıdır, onlar rüşvət alıblar. Bizim təbii sərvətləri talayan şirkətlər o pulları bizə qaytarmalıdırlar. Onları da məhkəməyə vermək lazımdır. Qaldı ki, biz Türkiyəylə qardaş ölkəyik, bizə dəstək olur və bunu da düşmən dövlətləri həzm edə bilmir. Prezident İlham Əliyev bu gün dünyaya meydan oxuyur, düşmənin yalanlarını ifşa edir. Allah onu qorusun. Azərbaycan Ordusu da var olsun, kişi kimi vuruşurlar”. Şeyx Əbdül deyib ki, deputatlarımız da Qarabağ həqiqətlərini dünyaya öz dilində çatdırmalıdır: “Niyə bizim alimlərimiz susublar? Deputatların hərəsi sinəsinə bir nişan taxıb ölkə başçısının dediyi sözləri efirdə təkrar edirlər. O deputatların sözünün nə qüvvəsi var ki, kim onların çıxışlarına qulaq asır? Min dəfə demişəm ki, dünyayla dünyanın diliylə danışın. Deputatlarımız da gərək ingilis və rus dilində çıxış etsinlər. Qoy onların çıxışlarını dünya eşitsin. Kim ən azından 2-3 dil bilmirsə, onlar siyasətlə məşğul olmasın, nə də parlamentdə namizədlikləri qəbul olunmasın və seçilməsinlər. Bu gün parlamentdə, siyasi mühitdə təmsil olunan siyasətçilərimiz ən azı 2-3 dil bilən adamlar olmalıdır. Onu bilməyən adamlar gedib institutlarda dərs desinlər, amma böyük siyasətlə məşğul olmasınlar”. Geri qayıt |