Əsas Səhifə > Şou-biznes > "Nə istəyirlər bizim günahsız körpələrdən?"
"Nə istəyirlər bizim günahsız körpələrdən?"28-10-2020, 16:52 |
Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri Bərdə rayonunun ərazisini atəşə tutur. Yenisabah.az xəbər Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova da məsələyə səssiz qalmayıb. İfaçı sosial şəbəkə hesabında Bərdədə öldürülən 7 yaşlı Aysunun fotolarını paylaşaraq bu dərdin ağır olduğunu qeyd edib: “Bu dəhşətdir, ürəyim param-parça olur. Nə istəyirlər bizim günahsız körpələrdən? Bu olanları necə bağışlayaq, necə unudaq? Bilmirəm nə yazım, nə deyim ki, ürəyim soyusun. Çox ağırdır, çəkiləsi dərd deyil. Allah xalqıma, millətimə səbr versin". Xatırladaq ki, oktyabrın 26-dan elan olunan humanitar atəşkəsə məhəl qoymayan Ermənistan döyüş bölgəsindən uzaqda yerləşən rayonlarımızı atəşə tutmaqda davam edir. Geri qayıt |