Əsas Səhifə > Şou-biznes > "Adınızı “Həşhüş” qoyun, sizi batmağa qoysaq, namərdik"
"Adınızı “Həşhüş” qoyun, sizi batmağa qoysaq, namərdik"30-10-2020, 08:25 |
“MakDonalds”ın Azərbaycandakı filialı Qarabağ münaqişəsi ilə bağlı paylaşım edərək Azərbaycana dəstəyini ifadə etsə də, həmin paylaşım şirkətin mərkəzi ofisinin tapşırığı əsasında silinib. Hadisə ilə bağlı sosial şəbəkələrdə “MakDonalds”, eləcə də Azərbaycanın haqlı mövqeyini dəstəkləməyib, məsələyə neytral yanaşan “Burger Kinq” və “Papa Cons” kimi beynəlxalq şirkətlərə qarşı boykot aksiyasına başlanılıb. Kult.az xəbər verir ki, boykota ictimaiyyət tərəfindən tanınan insanlar da qoşulub. Repçi Promete: Biz “MakDonalds”dan patriotik bir post istəməmişdik, etdilər, sağ olsunlar. Bəs, bunu baş ofisin tələbi ilə siləndə düşünmədilərmi ki, bu, “MakDonalds” Azərbaycanın ərazi bütövlüyünü tanımır” mesajını verəcək? Mən hər şeyi gözə alıram, hətta 3 ilə yaxındır “MakDonalds Azərbaycan”ın reklamlarının mənim və studiyamın tərəfindən işlənildiyini də nəzərinizə çatdırıram. Hazırda söhbət milli maraqlardan gedir. Dostum Orxan Mərdan demiş, “MakDonalds Azərbaycan” şirkətinin rəhbərliyi, o postu qaytarın, adınızı “Həşhüş” qoyun, sizi batmağa qoysaq, namərdik. Amma baş ofisdən qorxmayın. Mən burdan tez-tez istifadə edirdim, lakin “MakDonalds” mənim üçün bu gündən yoxdur!” Müğənni Azad Şabanov repçinin sözlərini paylaşaraq, boykota qoşulduğunu açıqlayıb. Bəstəkar-müğənni Murad Arif: “MakDonalds” xəritəni paylaşıb, “Qarabağ Azərbaycandır” yazısına niyə peşman olur və bunu silir? Beynəlxalq hüquq pozulmur, heç bir xalq təhqir olunmur. Səbəb yalnız erməni narahatlığı və erməni təzyiqi ola bilər. Cavab verin! Bir az xarakteriniz olsun. “MakDonalds”, paylaşdığınızı qaytarın və üzrxahlıq edin. Hələ gec deyil. Aktyor Kamran Ağabalayev: “MakDonalds” kişi işinə qarışmaq istədi, alınmadı! Son zamanlar yumruq olmağımız yəqin ki, bu boykot aksiyasında da özünü göstərər! Sizi də “iti qovan gün” gözləyir, çox güman! Qeyd edək ki, “MakDonalds”ı boykot edənlər arasında millət vəkilləri də var. Geri qayıt |