Əsas Səhifə > Şou-biznes > "Siyasətçi olmadığım üçün dərdimi ancaq musiqi ilə anlada bilərəm"
"Siyasətçi olmadığım üçün dərdimi ancaq musiqi ilə anlada bilərəm"30-10-2020, 10:01 |
Türkiyənin məşhur “Manga” qrupunun solisti Fərman Akgül Bakıya gəlib. “MediaPost” xəbər verir ki, onun paytaxtımıza gəliş səbəbi isə Əməkdar artist Sevda Ələkbərzadə ilə “Ulu vətən” adlı mahnını yenidən səsləndirmək istəyi olub. Müğənni S.Ələkbərzadəyə duet oxumağı təklif edib, məqsədi isə Azərbaycanın haqlı savaşında yanında olmaq istəyidir: “Siyasətçi olmadığım üçün dərdimi ancaq musiqi ilə anlada bilərəm. Burada haqlı bir mücadilə var. Bütün dünya bunu anlamalıdır. Azərbaycanda böyük fan kütləmiz, dostlarımız var. Olanları böyük bir duyğusallıqla izləyirəm. Həmişə deyirik ki, Türkiyə və Azərbaycan qardaşdır. Bu zamanlarda sənət adına bu qardaşlığı daha çox nümayiş etdirmək lazımdır. Dünyanın bu hadisələri doğru gördüyünü düşünmürəm”. Sevda Ələkbərzadə isə Fərmanın ona bu təklifi etməsinin xoş olduğunu söyləyib: “Türkiyə bizə çox dəstəkdir. Qardaşlarımız vətən müharibəmizdə həm siyasətdə, həm də sənətdə bizə dəstəkdirlər. Mənə xoşdur ki, Fərman bu dəstəyə qatılıb. Biz birlikdə vətənpərvər mahnı oxuyacağıq”. Onlar birlikdə kamera qarşısına da keçiblər. Klipin rejissoru İlham Qasımov “MediaPost”a açıqlamasında bildirib ki, ekran işinin çəkilişləri iki gündə yekunlaşıb. Qeyd edək ki, S.Ələkbərzadənin tərzi üzərində stilist Elnur Həsənov çalışıb. Onu da bildirək ki, sözügedən mahnını S.Ələkbərzadə 8 il öncə ifa edib. Mahnının sözləri Samirə Xasməmmədovaya, musiqisi isə Zaur Abdullayevə aiddir. Klip yaxın günlərdə həm Türkiyədə, həm də Azərbaycanda yayımlanacaq. Geri qayıt |