Əsas Səhifə > Şou-biznes > "Allah onların bəlasını versin, köklərini kəssin"

"Allah onların bəlasını versin, köklərini kəssin"


30-10-2020, 10:34
"Allah onların bəlasını versin, köklərini kəssin"
“Azərbaycan ordusu ilə, Ali Baş Komandanla qürur duyuram. Allah hamısına can sağlığı versin. Şükür edirəm ki, Azərbaycanda doğulmuşam, bu torpağın vətəndaşıyam. İndi hər birimiz Qarabağıq. Ürəyimiz orada döyünür. Bu gün bütün dünyanın dilində Azərbaycandır”.
Bu sözləri “Sherg.az”a açıqlamasında sevilən xanəndə, Xalq artisti Gülyaz Məmmədova deyib. Həm qürurlu, həm də sevincli olduğunu bildirən sənətkar 30 ildir çəkdiyimiz əziyyətlərin sonunun gəldiyini söyləyib:

“İndi dünya bilir ki, biz haqq savaşındayıq. Öz torpaqlarımız uğrunda mübarizə aparırıq. Heç kimdən heç nə istəmirik, əzəli ərazilərimizi geri qaytarırıq. Buna görə çox fərəhlənirik. Həm də üzülürük. Çünki şəhidlərimiz var. Amma müharibədə ölüm də olur. Əlbəttə biz o qaliblərdənik. Şəhadət şərbəti içən igidlərimizə də cənnət nəsib oldu. Onlar behiştə daxil oldular. Ona görə qürur duyuruq, sınmırıq”.

Gülyaz xanım həmçinin ermənilərin mülki əhalini hədəf alan terror aktlarından da danışıb:

“Allah onların bəlasını versin, köklərini kəssin. Niyə dinc əhaliyə bomba atırlar? Kİşilikləri, mərdlikləri yoxdurmu? Əlbəttə qürurları olsa, başqasının torpağında oturmazlar. Bilmirlər bizə necə ziyan vursunlar. Amma dinc əhalinin, o körpələrin günahı nədir, ay qansızlar? Təbii biz müsəlman ölkəsiyik. Ahımız yerdə qalmayacaq. Hamımız Allahlayıq, dua edirik, haqqımızı istəyirik.

Bir millət ki, başqa xalqın musiqisini, mətbəxini, mədəniyyətini oğurlayıb, onlardan nə gözləyirsiz ki? İnanıram ki, vaxt gələcək, qarış-qarış bütün Qarabağ torpağında bayrağımız dalğalanacaq. Onu da deyim ki, həmin ərazilərdə istirahət üçün gözəl məkanlar var. İnşallah, dövlətimiz tərəfindən hamısı bərpa olunacaq, abadlaşdırılacaq.

O zaman bütün dünya Qarabağa axın edəcək. Azərbaycan elə şöhrətli diyardır ki, dillərdə dastana çevriləcək. Çünki xalqımız, Prezidentimiz, ordumuz tarix yazdı. İnşallah, böyük qələbəni gözləyirik. Biz sınmırıq, güc birlikdədir. Azərbaycan xalqı dözümlü, mətanətli millətdir. Müzəffər ordumuz qələbəni bizə verəcək.

Bütün işğalda olan torpaqlarımız azad ediləcək. Böyük bayramı o zaman qeyd edəcəyik.

Şəhidlərimizin ruhu da qisasları alınanda şad olacaq. Biz evdə isti çay içiriksə, rahat yaşayırıqsa əsgərlərimizin, şəhidlərimizin sayəsindədir. Bu gün onların ruhu qarşısında baş əyirik. İnanın ağlamadığım gün yoxdur. Bir yandan sevinirsən, bir yandan ağlayırsan.

İtki adama təsir edir. Amma yenə də deyirəm. Azərbaycan torpağının altı da, üstü də xəzinədir. Bununla qürur duymağa dəyər”.

Geri qayıt