Əsas Səhifə > Şou-biznes > “Bu günə hədiyyən "twit" olsun”

“Bu günə hədiyyən "twit" olsun”


30-10-2020, 14:44
“Bu günə hədiyyən "twit" olsun”
“Səndən başlanır Vətən. Vətən sənin udduğun hava, Vətən sənin üstündə gəzdiyin torpaq, içdiyin su, toxunduğun daş-divar. Vətənimsən! 15 yaşın Vətənin parça-parça toplanıb bütövləşən zamanına düşdü”.

Musavat.com xəbər verir ki, bu sözləri teleaparıcı Rövşanə Ağasəfqızı yazıb. O, qızı Aylinə həsr etdiyi paylaşımında işğaldan azad edilən torpaqlarımız və xüsusilə də Şuşa ilə bağlı kövrək məqamlara da toxunub:

“Ağasəf baban sonuncu dəfə Şuşa uğrunda savaşdan gəlmişdi. Söz vermişdi ki, sizi mütləq Şuşaya aparacam. Cənnəti görməyə. Mən nə 15, nə də 35 yaşımda oranı görə bildim. Aylinim, sənə söz verirəm. 16 yaşında başı dumanlı Şuşada şərəfinə qırmızı geyinib, “ay qız, Aylin, bu nə qaş-göz” deyib, böyüdüyün günə şükür edəcəm. Axı damarında axan qanda həm də Şuşadan pay var... Aylinim, sən tarixi təlatümün fidanısan. Bu an Allahdan bircə arzum var- sən salamat böyü. Bomba səsi, raket sədası eşitməsin qulaqların. Hə, bir də… Bu günə hədiyyən "twit" olsun. 15 yaşına ayaq üstə alqış”.

Geri qayıt