Əsas Səhifə > Şou-biznes > "Bəziləri deyirdi ki, nə oldu, torpaqlar niyə alınmadı?"

"Bəziləri deyirdi ki, nə oldu, torpaqlar niyə alınmadı?"


31-10-2020, 08:27
"Bəziləri deyirdi ki, nə oldu, torpaqlar niyə alınmadı?"
“İndi özünüz də gördünüz ki, cənab İlham Əliyev necə işlədi, dünya artıq ağzını açıb bizə bir söz deyə bilmir, hamı razılaşdı ki, Azərbaycan haqlıdır”

Bunu Moderator.az-a açıqlamasında kinoşunas Aydın Kazımzadə deyib. Əməkdar incəsənət xadimi tezliklə zəfər çalacağımıza inandığını bildirib:

“İlham Əliyev kimi Ali Baş Komandanımız olduğuna görə qürur hissi keçirirəm. Mənim rəhmətlik Heydər Əliyevə də çox böyük hörmətim olub. “Heydər Əliyev və kinematoqraf” adlı kitab da H.Əliyevə həsr etmişdim və Elmlər Akademiyası ilin ən yaxşı kitabı kimi buna görə mənə Heydər Əliyevin diplomun və imzasın bağışladı. 1966-cı ildən mən bu ailəyə vurğunam. Bəziləri deyirdi ki, nə oldu, torpaqlar niyə alınmadı? Deyirdim ki, vaxtı var, evi yıxmaq asandı, amma onu tikmək çox çətindi. 1990-cı ildə Xalq Cəbhəsi bu ölkəni dağıtdı, torpaqlarımız da işğal olundu. Amma vaxtında rəhmətlik H.Əliyev və indi də Ali Baş Komandan İlham Əliyev 29 ildir çalışır ki, ərazi bütövlüyümüzü bərpa etsinlər. İndi özünüz də gördünüz ki, cənab İlham Əliyev necə işlədi, dünya artıq ağzını açıb bizə bir söz deyə bilmir, hamı razılaşdı ki, Azərbaycan haqlıdır. İndi İlham Əliyev kimi Ali Baş Komandanın yanında mən çox rahatam. İnşallah torpaqlarımız da alınacaq, həyat bundan sonra da yaxşı olacaq. İnsanlarımız inşallah öz yurd-yuvalarına qayıdacaqlar və firavan yaşayacaqlar”.

A.Kazımzadə hazırda kino tarixiylə bağlı kitabları çapa hazırladığını bildirdi:

“Mən hazırda ən vacib bir işlə məşğulam. “Azərbaycan kino salnaməsi” kitabının birinci cildini çapa verdim. Kitabda 1898-ci ildən 2018-ci ilə qədər 120 il ərzində çəkilən Azərbaycan filmləri haqda yazmışam. Kitabda İkinci Dünya və Qarabağ müharibəsi haqqında çəkilən filmlər haqqında yazmışam. İndi isə kitabın ikinci cildi üzərində işləyirəm. “Sənədli və elmi kütləvi filmlər” kitabında 1898-ci ildən 2018-ci ilə qədər Azərbaycan necə işğal olunub, Sovet hökumətinin bizim başımıza açdığı oyunlar haqda filmlər kitabda yer alıb. Bu kitablar gələcək nəsil üçün yaxşı bir materialdır”.

Geri qayıt