Əsas Səhifə > Şou-biznes > "Min dəfə dirilib düşmənə yerini göstərməliyik"

"Min dəfə dirilib düşmənə yerini göstərməliyik"


2-11-2020, 10:40
"Min dəfə dirilib düşmənə yerini göstərməliyik"
“Bir həftə əvvəl Eldar Qasımovla Gəncəmizə yollanmışdıq. Orada gördüklərimdən, yaşadıqlarımdan bir həftədir ki, hisslərimi, fikirlərimi cilovlayıb, yaza bilməmişdim”.

“MediaPost” xəbər verir ki, bu sözləri müğənni Nigar Camal sosial media hesabında video paylaşaraq yazıb:

“Məqsədimiz, erməni vəhşiliyi nəticəsində zərərçəkmiş ailələrə, yaxınlarını itirmiş insanlara, şəhid ailələrinə, mərd əsgərlərimizə dəstək olmaq və xüsusən də, ingilisdilli auditoriyamıza həqiqətləri hadisə yerindən çatdırmaq idi. Amma oraya ayaq basan kimi dilimiz tutulub, fikirlərimiz çaş-baş oldu. Ümidsiz baxışlara, kədərə, böyük qəmə rast gəldik. Sonra şəkildə gördüyüm 3 gün əvvəl kəfənə bükülmüş doğma balasını sinəsinə sıxıb, son öpüşünü bağışlayan atanı görüb anladım ki, hamımız onlar üçün daha güclü və iradəli olmalıyıq! Min dəfə dirilib düşmənə yerini göstərməliyik.

İnsanlarla danışdıqca, dərdlərini paylaşdıqca, bütün itkilərə, əzaba, kədərə baxmayaraq, onların ruhən nə qədər mərd olduqlarına bələd olub, vətən uğrunda canlarından keçməyə hazır olduqlarını bir də gördük! Bəli, çünki bizi qələbəyə düşmənə nifrət yox, vətənə sevgi aparır! O, gün çox yaxındadır! Allah hamımızı qorusun. Qarabağ Azərbaycandır!”.

Geri qayıt