Əsas Səhifə > Şou-biznes > “Onlar məni ləkələmək üçün tapşırıq alıblar”

“Onlar məni ləkələmək üçün tapşırıq alıblar”


2-11-2020, 11:27
“Onlar məni ləkələmək üçün tapşırıq alıblar”
Teleaparıcı Xoşqədəm Hidayətqızı qalmaqala səbəb olan fikirləri ilə bağlı açıqlama verib.

Yenisabah.az xəbər verir ki, bu barədə paylaşım edən aparıcı sözügedən kadrların qəsdən, onun nüfuzuna xələl gətirmək üçün yayıldığını qeyd edib:

"Dostlar, sosial şəbəkələrdə ictimai nüfuzuma xələl gətirmək istəyən bir qrup peyda olub. Yəqin məni təhqir etmək, ictimai nüfuzuma zərbə vurmaq tapşırığı alıblar. Unutduqları bir şey var, bütün efirlərimiz arxivdə saxlanılır. 26 ildir artıq mən bu savaşdayam, bu və ya digər formada peşəkar fəaliyyətimə mane olanlar olub, var və olacaqlar da... Təbii ki, bu günlərdə də bu cür naqisliklərlə qarşılaşıram”.

O, ləkələmə kampaniyasının sifarişli olduğunu, bunu kimin etdiyini müharibə bitdikdən sonra açıqlayacağını qeyd edib:

“Bu kampaniyaya sifarişin də hardan gəldiyini bilirəm. Ancaq bu gün gözümüzün, qəlbimizin Qarabağda olduğu vaxtda erməni dəyirmanına su tökənlərdən yazmağı özümə rəva bilmirəm. İndi vaxtı deyil, yəqin ki, siz də mənimlə razısınız. Sizə söz verirəm ki, müharibə bitsin düşməndən qisasımızı alaq, o şəxslərlə bağlı açıqlama verəcəm. Hələlik isə bu ləkələmə, iftira kampaniyasını aparanlaradı sözüm - Dayanın! Bu günlərdə məni unudun! Hədəfimiz düşmənimiz -erməni olsun . Ola bilər ki, məni düşmən bilirsiz. Mən “düşməninizə” qarşı mübarizənizi müvəqqəti dayandırın.Bu gün hamımızın bir düşməni var: erməni.Qisasımızı alaq, sonra mənə qarşı savaşınıza qaldığınız yerdən başlayarsınız. Və izləyicilərimdən xahiş edirəm ki, bu məqsədli, yalan kampaniyasını aparanları şikayət edin. Erməni dəyirmanına su tökənlərə qarşı mübarizədə bir olmalıyıq!”

Qeyd edək ki, aparıcının efirdə “Hətta talışlar da Qarabağ uğrunda döyüşür” dediyi iddia edilirdi.

Geri qayıt