Əsas Səhifə > Şou-biznes > Telekanal Zülfiyyənin şəhidlər haqda mahnı oxumağına icazə verməyib
Telekanal Zülfiyyənin şəhidlər haqda mahnı oxumağına icazə verməyib2-11-2020, 16:52 |
Aşıq Zülfiyyəyə şəhidlərlə bağlı mahnı oxumağa qadağa qoyulub. Yenisabah.az xəbər verir ki, sənətçi bu barədə özü məlumat verib. O qeyd edib ki, dəvət olunduğu kanallardan biri şəhidlərə həsr etdiyi mahnını oxumağa icazə verməyib: "Verilişlərin birinə dəvət olunmuşdum. Həmin proqramda sözləri və musiqisi özümə aid olan general-mayor Polad Həşimov başda olmaqla bütün şəhidlərə həsr etdiyim mahnını oxumaq istədim. Amma sözügedən televiziya kanalından mənə dedilər ki, şəhidlər haqqında mahnı oxuma. Mən də sual verdim ki, belə bir dönəmdə sevgidən oxuyum? Utanmırsınız, ayıb deyil? Bu saat yer-göy ağlayan bir dönəmdə biz sənətçilər şəhidlərdən oxumayaq, bəs nə edək?” Aşıq telekanalın adını çəkməsə də onları qınadığını bildirib: “O şəhidlərin çoxunun el şənliklərini və balalarının kiçik toylarını mən idarə etmişəm. O cür oğulları necə unudaq? Allah pis insanlara lənət etsin ki, adamın hissləri ilə oynayırlar. İnsanın hisslərinə qiymət vermirlər. Çox əfsuslar olsun, həmin telekanalı qınayıram". Geri qayıt |