Əsas Səhifə > Şou-biznes > "Ümid edirəm ki, gələcəkdə İrəvandan köçkün düşənlər də həmin xoşbəxtliyi yaşayacaqlar"

"Ümid edirəm ki, gələcəkdə İrəvandan köçkün düşənlər də həmin xoşbəxtliyi yaşayacaqlar"


3-11-2020, 09:42
"Ümid edirəm ki, gələcəkdə İrəvandan köçkün düşənlər də həmin xoşbəxtliyi yaşayacaqlar"
İkinci Dağlıq Qarabağ müharibəsininin növbəti ayına qədəm qoyduq. Əslində bu savaşı 30 ildir gözlədiyimiz namus, haqq davası adlandırsaq yanılmış olmarıq. Artıq torpaqlarımız erməni əsarətindən qurtulur. Bu sevimli cümləni hər birimiz fərəhlə, qürurla dilə gətiririk. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, neçə-neçə kəndlər, yaşayış məntəqələri şanlı Azərbaycan Ordusunun nəzarəti altındadır.

Biz də bir-birimizlə zəngləşir, xoş xəbərlərdən danışır, sevincimizi bölüşürük.

“Sherg.az”ın növbəti həmsöhbəti rejissor Oqtay Əliyev də xoşbəxt olduğunu deyib. O, ordumuzun zəfərlərindən ürəklə danışıb:

“Əvvəla deyim ki, hər azərbaycanlının ömrünə belə günlər yazılmır. Biz necə xoşbəxtik ki, bu anları, dəqiqələri gördük. Qələbələrimizin sevincini yaşadıq.

Hazırda Azərbaycan əsgərləri, ordumuz, xalqımız öz istəyinə, arzusuna çatır. Bizim işğal olunmuş torpaqlarımız azad edilir. Həm əsgərlərimiz, həm onların komandirlərinə, həm də cənab Prezidentə təşəkkür edirəm.

Ona görə ki, bizə belə günləri yaşatdılar. Azərbaycandakı bütün qaçqın, məcburi köçkünlərin hamısının gözü aydın olsun.

Çünki onlar torpaqlarına, ellərinə-obalarına qayıdacaqlar, öz ocaqlarını yandıracaqlar. Ümid edirəm ki, gələcəkdə İrəvandan köçkün düşənlər də həmin xoşbəxtliyi yaşayacaqlar”.

Geri qayıt