Əsas Səhifə > Şou-biznes > "Şuşa şəhərində bayrağımızın dalğalanacağı günü səbirsizliklə gözləyirik"
"Şuşa şəhərində bayrağımızın dalğalanacağı günü səbirsizliklə gözləyirik"4-11-2020, 10:43 |
Əməkdar incəsənət xadimi, tanınmış rəssam-modelyer Fəxriyyə Xələfovanın Yenisabah.az-a müsahibəsi: - Fəxriyyə xanım, cəbhədə gedən döyüşləri izləyirsinizmi? Təəssüratlarınız nədən ibarətdir? - Xalqımızın özünümüdafiə hüququnu həyata keçirən, 30 ilə yaxındır erməni tapdağı altında qalan doğma torpaqlarımızın işğaldan azad olunması üçün əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələrinin qısa müddət ərzində qazandığı uğurlar bütün xalqımıza xoşbəxt anlar yaşadır. Dağlıq Qarabağı və onu əhatə edən 7 rayonu işğaldan azad etmək üçün haqq işinə başlamışıq. Uzun illərdir ki, Azərbaycan böyük bir haqsızlığa, ərazilərimizin 20 faizinin işğalına məruz qalır; Xocalı soyqırımının xatirəsi və bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün varlığı, bütün Azərbaycan vətəndaşları kimi mənə də asanlıqla nəfəs almağa imkan vermir. Bu gərgin zamanda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdəyə xas tərzdə nümayiş etdirdiyi rəhbərlik və qətiyyətdən sonsuz qürur duyuruq. Bu münaqişə Azərbaycan xalqının ürəyində açıq bir yaradır. Ürəyimiz Qarabağla döyünür, bu, Azərbaycan üçün milli mənəviyyat məsələsidir. Bu günlərdə milli kimliyimizin rəmzi olan bayrağımızın cəsur əsgərlərimiz tərəfindən işğaldan azad edilmiş bölgələrdə dalğalanmasını görəndə çox təsirlənirik. Azərbaycanın incisi olan və xalqımız üçün yüksək mənəvi dəyər daşıyan Şuşa şəhərində də bayrağımızın dalğalanacağı günü səbirsizliklə gözləyirik. Azərbaycan əsgərləri işğal altındakı torpaqlarımızı geri almağa qərarlıdır. Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən Azərbaycana qarşı növbəti hərbi təcavüzə başladı. Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində həyata keçirdiyi əməliyyatlar, çox böyük ruh yüksəkliyi ilə, qarşılanır. Bütün xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanının ətrafında birləşir və onun qərarlarını hərtərəfli dəstəkləyir. Yüz minlərlə soydaşımız könüllü olaraq döyüşlərə qoşulmaq arzusunu dilə gətirib. Bundan əlavə, bir milyondan çox azərbaycanlı məcburi köçkün ümid edir ki, 30 illik əziyyətdən sonra layiq olduqları kimi evlərinə qayıdıb yaxınlarının məzarlarını ziyarət edə biləcəkləri gün yaxınlaşır. - Düşmənin hərbi cinayətlərə əl atmasını, konkret desək, Azərbaycanın mülki əhalisini atəşə tutmasını necə qiymətləndirisiniz? - İşğalçı Ermənistan ordusu Azərbaycana qarşı iriçaplı silahlardan və ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və mülki əhalini atəşə tutur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqımızın 20 minə yaxın övladı həlak oldu, 50 min adam yaralandı, yüzlərlə dinc sakin girov götürüldü. Bu illər ərzində ermənilər azərbaycanlılara qarşı 32 terror aktı həyata keçiriblər. Xocalı soyqırımı əsrin faciəsi adlandırıldı. İndi də o hadisələrdən bəhs edən lent yazılarına, fotoşəkillərə baxanda körpələrin ermənilər tərəfindən necə işgəncə ilə öldürülməsi adamın damarında qanını dondurur. Erməni işğalçılarını “uşaq qatilləri” adlandırmaq olar. 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində ermənilər tərəfindən öldürülən 2 yaşı hələ tamam olmamış Zəhranın faciəsi bizi son 20 ildə azərbaycanlı uşaqların öldürülməsi, girov götürülməsi ilə bağlı yaddaşımızı təzələməyə vadar edir. 1988-1994-cü illərdə erməni terror qrupları və silahlı birləşmələri minlərlə Azərbaycan uşağının vəhşicəsinə qətlə yetirilməsinə, yaralanmasına, itkin və əsir düşməsinə, eləcə də bir və ya hər iki valideynini itirməsinə səbəb olmuşdur. Bu barədə yüzlərlə fakt vardır. 1988-1989-cu illərdə indiki Ermənistan ərazisində yaşayan 250 mindən çox azərbaycanlının qovulması, yəni etnik təmizləmə əməliyyatları nəticəsində qətlə yetirilən 216 azərbaycanlının 23-ü uşaq olmuşdur. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı nəticəsində öldürülənlərdən 63-ü uşaqdır. Həmin faciə zamanı 25 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirmişdir. Ümumilikdə Qarabağ münaqişəsində 195 azərbaycanlı uşaq öldürülüb. Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə, Gəncə və digər şəhərlərimizdə mülki əhaliyə qarşı hərbi hücumlar həyata keçirilib, birbaşa humanitar hüquqa zidd olan kasetli bomabalardan istifadə olunub. Nəticədə çoxlu sayda mülki vətəndaş zərər alıb. Mülki əhalidən, xüsusilə qadınlar və uşaqlar, ahıllar Ermənistan hərbi qüvvələrinin hədəfinə çevrilib. Bu, beynəlxalq hüquq və beynəlxalq hümantiar normalarına, eyni zamanda insanlığa qarşı cinayətdir. - Hərbi geyimlərin populyarlaşmasını necə şərh edə bilərsiniz? - Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin başçılığı altında həyata keçirilən genişmiqyaslı əks-hücum əməliyyatları nəticəsində ordumuzun işğal altında olan torpaqlarımızın bir hissəsini mənfur düşməndən azad etməsi hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur hissi yaradır, Qarabağın hər bir qarışının azad olunacağına inamı daha da artırır. İllərdir vətən, torpaq həsrəti ilə yaşayan xalqımız üçün bundan gözəl müjdə ola bilərdimi? Əlbəttə ki, yox. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq! Hazırda Azərbaycan Ordusu son 27 ildə beynəlxalq vasitəçilərin görməli olduqları işləri görür. İnanırıq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz bu missiyanı uğurla başa çatdıracaq. Bu hadisələrdən ilhamlanaraq paytaxtımızda gənclərin, uşaqların, şəhər sakinlərinin çox vaxt da hərbi paltarlar geyinməsinin şahidi oluruq. Qərb ölkələrində hərbi dəb tendesiyalarının populyarlaşması istiqamətində bir sıra addımlar atırlar ki, bunların içində müxtəlif reklam plakatları ilə yanaşı, hərbi parçalardan istifadə edilərək müasir dəbdə geyimlərin tikilməsi, hərbi üslubda mülki çəkmələrin hazırlanması da əsas yer tutur. Beləliklə, hərbi geyimdən və yaxud onun dizaynından istifadə bütün inkişaf etmiş ölkələrdə normal hesab olunur. Eyni zamanda əgər hərbi geyimlər insanlar arasında populyardırsa, buna sevinməklə yanaşı, bunun cəmiyyətdəki vətənpərvərlik hissinin üksək səviyyəsi ilə əlaqəsinin bariz nümunəsidir. Hərbi stilinə yaxın olan, geyim üslubuu militari adlanır. Geri qayıt |