Əsas Səhifə > Şou-biznes > "Təəssüf ki, valideynlərim torpaq həsrəti ilə bu dünyadan köçdülər"
"Təəssüf ki, valideynlərim torpaq həsrəti ilə bu dünyadan köçdülər"4-11-2020, 15:32 |
Müğənni Xuraman Şuşalı yeni mahnısını təqdim edib. Musavat.com xəbər verir ki, "Azərbaycan" adlanan mahnının sözləri şair Mirəli Vəkiloğlu, musiqisi isə ifaçının özünə aiddir. Xuraman bildirib ki, mahnıya rejissor Aydın Asədulla ekran həyatı verib. Yeni işindən bəhs edən Xuraman qeyd edib ki, hazırda Şuşadakı evlərinə qayıdacağı günü səbirsizliklə gözləyir: "Təəssüf ki, valideynlərim torpaq həsrəti ilə bu dünyadan köçdülər. Qələbə xəbərini eşidə bilmədilər. İnanıram ki, yaxın günlərdə bizə doğma Şuşamıza dönmək nəsib olacaq. Bizi bu zəfərə doğru aparan hərbçilərimizə Allah güc versin". Geri qayıt |