Əsas Səhifə > Şou-biznes > “Paşinyanın abrı olsaydı, özünü asardı“

“Paşinyanın abrı olsaydı, özünü asardı“


10-11-2020, 16:00
“Paşinyanın abrı olsaydı, özünü asardı“
“Mən bütün Azərbaycan xalqını, Türk dünyasını qələbə münasibətilə təbrik edirəm”.

Bunu Yenisabah.az-a açıqlamasında Əməkdar artist Baloğlan Əşrəfov deyib. Müğənni Qarabağın işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib və Ermənistanın baş naziri Nikol Paşinyanın intihar etməli olduğunu bildirib:

“Bu boyda biabırçılıqdan sonra Paşinyan insanların arasında gəzməməlidir, o sağ qalmamalıdır. Paşinyanın azca abrı olsaydı, boğazına bir ip keçirib özünü asardı. Bəlkə bundan sonra kiminsə ona ürəyi yanardı, fikirləşərdi ki, bu adam bacarmadı. Yoxsa bu boyda həngamədən sonra o nəfəs alırsa, çörək yeyib, gəzirsə heç nə demək olmaz. Bu ermənilərə xas olan xislətdir. Bu rüsvayçılıqdan sonra nəsə deyə bilirsə, deməli bu adamın üzü insanlara xas olan dəridən deyil, başqa bir şeydir”.

Sənətçi Azərbaycan xalqına qələbə sevincini yaşadan əsgərlərə təşəkkür edib:

“Bizə bu boyda qələbəni yaşadanlar yəqin ki, bundan sonrasını da fikirləşiblər. Nəticəsini də bilirlər. Bundan sonra nə olacağını mən bilə bilmərəm, çünki siyasətçi deyiləm, amma bizə qələbəni bəxş edən hər kəsə, başda Ali Baş Komandan olmaqla təşəkkür edirəm. Əsgər balalarımıza qurban olum, onlar misli görülməmiş şücaət göstərdilər. Belə güclü ordusu olan dövlətdə hər şey yaxşı olacaq. Mən şəhid olanların qarşısında baş əyirəm, Allah onların ruhunu şad eləsin”.

Geri qayıt