Əsas Səhifə > Şou-biznes > "Allah bir daha torpağımızı yadlara çeynətməsin"
"Allah bir daha torpağımızı yadlara çeynətməsin"12-11-2020, 09:22 |
Zəfər xəbərinə sevinənlər sırasında qardaş ölkə Türkiyənin sənətçiləri də var. Bu sənətçilərdən biri də məşhur yeşilçam aktrisası Mine Soleydir. Ölkəmizdə savaş başlayandan davamlı olaraq xəbərləri izləyən aktrisa sevinc hisslərini Moderator.az ilə bölüşüb: “Gözünüz aydın olsun, sizləri təbrik edirəm. Təbii ki, bu sevinci sizə əsgərləriniz, cənab prezidentiniz yaşatdı. Mən də sizlər kimi çox sevincliyəm, həyəcanlıyam. Zəfər xəbərini eşidəndə çox duyğulandım. Çünki Azərbaycanda müharibə başlayandan davamlı olaraq ekran qarşısında oturub xəbərləri izləyirdim. Allah bir daha torpağımızı yadlara çeynətməsin. Zəfər xəbərinin Atatürkün, atamızın anım gününə düşməsi isə bizim üçün möhtəşəm bir sevinc idi” deyə aktrisa bildirib. Qeyd edək ki, Mine Soley 100-ə yaxın filmdə çəkilib. Azərbaycanlı tamaşaçılar isə onu “Çiçek taksi” serialından tanıyırlar. Geri qayıt |