Əsas Səhifə > Şou-biznes > "Bu bizim öz torpaqlarımız uğrunda apardığımız haqq savaşı idi"

"Bu bizim öz torpaqlarımız uğrunda apardığımız haqq savaşı idi"


13-11-2020, 08:36
"Bu bizim öz torpaqlarımız uğrunda apardığımız haqq savaşı idi"
Onu hamı dünənə kimi Dj Ego adı ilə tanıyırdı.. Bu gün və bundan sonra isə o qazi adını almış İlqar Həsənli kimi hamının yaddaşında qalacaq. Bu dəfəki müsahibimiz Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq ayağından ağır yaralanmış İlqardır. Müsahibimiz deyir ki, ona çağırış gələndə Atv telekanalında Azər Axşamın “Şans oyunu” verilişində dj-lik edirmiş. Veriliş studiyasını döyüş meydanı, dj aparatını isə silahla əvəzləyərək cəbhəyə yollanıb. Gerisini yaxşısı budur öz dilindən eşidək:

“Verilişdə olarkən mənə hərbi komissarlıqdan zəng gəldi. İnanın Allaha sevincimdən bilmirdim ki, nə edim. Sentyabr ayının 21-i səhər saat 9-da artıq mən hərbi komissarlıqda idim. Hərbi xidmətdə olarkən kəşfiyyatçı kimi ixtisaslaşdığımdan öncə bu bacarığımı təkmilləşdirmək üçün məni kursa yolladılar. 27 sentyabrda torpaqlarımız uğrunda əsk hücum başlayanda mən Fizuliyə yollandım. Fizuli uğrunda gedən döyüşlərdə yaxından iştirak edirdik. 28 oktyabrda Şuşada gedən döyüşlərdə yaralandım. Dizdən aşağı qəlpə ayağımı qırdı, çoxsayda qəlpə dolmuşdu ayağıma. Döyüşlər ağır olsa da əsgərlərimizdə yüksək ruh yüksəkliyi hökm sürürdü. Hər an şəhid olmağı arzu edirdik, onu da gözləyirdim. Yaralandığım gün Fizulidəki xəstənaxada qaldım, ayağımdan qəlpələr çıxarıldı. Daha sonra Ağcabədiyə gəldim, ayağımı orda əməliyyat etdilər. Heç istəmirdim ki, ayağıma ilizarov aparatını qoysunlar. Çünki tez ayağa qalxıb, döyüş yoldaşlarımın yanına getmək istəyirdim” deyə İlqar bildirib.

Hal-hazırda evdə müalicəsini davam etdirən İlqar Həsənli bildirib ki, özünü yaxşı hiss edir. İndi onun yaralarına su səpən həm də düşmən üzərindəki qələbəmizdir. Axı onun da bu qələbədə payı var:

“Başda cənab ali baş komandan İlham Əliyev olmaqla hamını təbrik edirəm. Bu bizim öz torpaqlarımız uğrunda apardığımız haqq savaşı idi. Çünki o torpaqlar bizim əzəli yurd-yuvamızdır. Şəhidlərimizin qanı-canı bahasına olsa da o torpaqlar işğaldan azad edildi. Allah mənə də qismət etdi bu qələbə sevincini yaşamağı. Şəhərə çıxa bilməsəm də evdə oturub, qələbə abu-havalı kadrları ekrandan izləyirəm. Sənətçi dostlarım gəlib mənə baş çəkirlər. Hamıdan, bütün insanlardan, tanıdıqlarımdan da, tanımadıqlarımdan da özümə qarşı böyük diqqət və dəstək görürəm. İnşallah ki, mən də bu dəstəkdən ruhlanıb tezliklə ayağa qalxaram” deyə İlqar Həsənli bildirib.

"Bu bizim öz torpaqlarımız uğrunda apardığımız haqq savaşı idi"
"Bu bizim öz torpaqlarımız uğrunda apardığımız haqq savaşı idi"
"Bu bizim öz torpaqlarımız uğrunda apardığımız haqq savaşı idi"

Geri qayıt