Əsas Səhifə > Şou-biznes > Şəhidin reperdən son istəyi
Şəhidin reperdən son istəyi13-11-2020, 12:55 |
“Bir neçə gün bundan qabaq, hələ Şuşa zəfərindən də öncə inboksuma bir mesaj gəldi. Yazan döyüş bölgəsində olan Xüsusi Təyinatlı idi. Mənə bildirdi ki, bir neçə gün öncə döyüşə girməzdən qabaq yanındakı əsgər məndən danışıb və deyib ki, “Orxanla görüşməyi çox istəyirəm. Bir gün Amerikaya getsəm mütləq tapacam onu. Amma, səndən xahiş edirəm ki, şəhid olsam ona bildir. Çox istərəm ki, mən onun yanına gedə bilməsəm də, o mənim məzarıma gəlsin...”. “MediaPost” xəbər verir ki, bu sözləri reper Orxan Zeynallı (Aid) sosial media hesabında yazıb. O bildirib ki, bu sözləri deyən əsgər şəhid olub: “Yoldaşı bu son sözlərini mənə çatdırır. Təkcə adı və Mingəçevirdə dəfn olunduğu məlum idi. Lakin qismətə bax ki, qardaşımızın adı Əzəmidir - nadir ad. Bu adı ilk dəfə idi eşidirdim və kimliyini də dərhal tapdıq. Yaxın günlərdə də ailəsi ilə həm ailəm, həm də özüm danışacağam. Hər kəs qarşısında söz verirəm ki, Azərbaycana ayaq basacağım gün öz evimdən qabaq məhz onun yanına gedəcəyəm. Əslində, nə yazmağa, nə də yanına gedəndə deyəcəyim sözləri tapa bilmirəm. Keçirdiyim hisslərimi də ifadə etmək alınmır- bu dəfə alınmır. Bir qəhrəmanın dilində olmağın qüruru, yoxsa həyatın bu qədər kədərli ola bilməsi... Tanımadığım insanları hələ heç vaxt bu qədər özümə doğma hiss etməmişdim. Hələ heç vaxt cənnətin mövcudluğuna bu qədər inanmaq istəməmişdim. 31 yaşım var. Həmişə cəmi bir doğma bacım olub. İndi isə yüzlərlə doğma qardaşım var. Allah bütün şəhidlərə rəhmət etsin. Cənnət yox idisə belə, onlar üçün olmuş olsun. Qazilər də, yaralı ya sağlam, hər bir döyüşçü də başımın tacıdır. Yaxşı ki, bu dünyaya gəlmisiniz”. Geri qayıt |