Əsas Səhifə > Şou-biznes > "Tökülən qanların sayəsində başımızdakı qara yaylığı açdıq”

"Tökülən qanların sayəsində başımızdakı qara yaylığı açdıq”


13-11-2020, 12:59
"Tökülən qanların sayəsində başımızdakı qara yaylığı açdıq”
"Al qırmızı tökülən qanların sayəsində başımızdakı qara yaylığı açıb, yasdan çıxdıq. Hər bir şəhidin ruhu qarşısında canımız fəda olsun”.

Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva sosial şəbəkədə yazıb. Qələbə münasibəti ilə şəhid atası Xalid Quliyevin məzarını ziyarət edən ifaçı şəhidlərdən bəhs edib:

“Onlar bizi daha cəsur, qorxmaz etdi. Onlar bizə mənliyimizi, qürurumuzu geri qaytardı. Azərbaycanın qeyrətli oğulları ilə fəxr edirəm.

Qayıdan hər qarış torpaqda qan var, şəhidlərimizin qanı. Və bu torpağı, bu vətəni göz-bəbəyimiz kimi qorumalıyıq ki, onlar bizə yaşamağı, bu torpağın suyunu, çörəyini halal etsinlər".

Geri qayıt