Əsas Səhifə > Şou-biznes > Manaf Ağayev koronavirusa yoluxub?
Manaf Ağayev koronavirusa yoluxub?16-11-2020, 14:47 |
Müğənni Manaf Ağayev koronavirusa yoluxması və xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlara münasibət bildirib. Musavat.com-a açıqlama verən sənətçi yayılan məlumatların həqiqəti əks etirmədiyini deyib: “Nə koronavirusa yoluxmuşam, nə xəstəxanaya yerləşdirilmişəm. Bu məlumatlar yalandır. Sadəcə olaraq qripləmişəm. Müalicə olunuram”. M. Ağayev Vətən müharibəsindən də bəhs edib: “İndi heç nə bizi xəstə edə bilməz. Torpaqlarımız qayıtdı. Mən artıq məcburi köçkün deyiləm. Allah prezidentimizdən razı olsun. Əsgərlərimizə güc-qüvvət versin. Xəstəlik haqqında yox, Füzuliyə dönəcəyim gün haqqında düşünürəm”. Geri qayıt |