Əsas Səhifə > Şou-biznes > "Görün indi ilk dəfə ora gedəndə nə hisslər yaşayacam"

"Görün indi ilk dəfə ora gedəndə nə hisslər yaşayacam"


16-11-2020, 17:39
"Görün indi ilk dəfə ora gedəndə nə hisslər yaşayacam"
"Şuşa azad ediləndən sonra efirlərə çox dəvət aldım. Gecə evə gəlib yatmışdım ki, yorğunam. Səhər bir radiodan zəng gəldi, yuxuluyam, qışqıra-qışqıra deyirlər ki, təbriklər. Düşünürəm ki, kimsə Şuşaya görə təbrik edir. Həmin vaxta qədər müharibənin bitməsindən xəbərim yox idi. Dedim, mən nəyi qaçırtmışam".

dia-az.life xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Fatehin divanı" proqramında deyib. Müğənni bildirib ki, müharibənin qələbə ilə bitmə xəbərini radiodan zəng edərkən öyrənib:

"Müharibə başlayandan hər bir şəhər, kənd alındıqca, birinci yoldaşımı təbrik edirdim. Çünki Füzulidəndir. Bu, bütün azərbaycanlıların bayramıdır. Yumruq kimi hamımız birləşdik, ailə olduq. Bir-birini tanımayan insanlar belə bir-birini təbrik edirdi. Ömrümün sonuna qədər şəhid analarının qarşısında baş əyəcəm, belə övlad böyütdülər.

Yarıda qalan işimiz tamamlandı. Mənə yuxu kimi gəlirdi, 30 illik həsrət idi.

Müharibə başlayanda yoldaşım səhər saat 7-də yola düşdü. Getdi ki, bəlkə əsgərlərin orada nəsə ehtiyacı var. Qayıdanda isə dəhşət içində idi. Deyirdi, insanlar necə əsgərlərə kömək etməyə çalışır, əllərindəki suyu belə onlarla bölüşürlər.

Heç vaxt Şuşada olmamışam, amma istəyirəm. Görün indi ilk dəfə ora gedəndə nə hisslər yaşayacam". /Axşam.az

Geri qayıt