Əsas Səhifə > Şou-biznes > Alim Qasımovla Aysel ermənilərin öldürdüyü uşaqlara mahnı həsr etdi

Alim Qasımovla Aysel ermənilərin öldürdüyü uşaqlara mahnı həsr etdi


18-11-2020, 15:50
Alim Qasımovla Aysel ermənilərin öldürdüyü uşaqlara mahnı həsr etdi
Xalq artisti Alim Qasımov və müğənni Aysel Məmmədova (Aisel) “Yat rahat” adlı layihə təqdim ediblər.

“Qafqazinfo” xəbər verir ki, söz və musiqisi A. Məmmədovaya məxsus bəstə erməni terroruna məruz qalan uşaqlara həsr olunub.

Aysel bəstənin Gəncə qətliamından sonra ərsəyə gəldiyini bildirib: “Təəssüf ki, son bir ayda sevincli xəbərlərlə yanaşı, hər birimizə güclü təsir göstərən faciəli hadisələr də baş verdi. Etiraf edirəm ki, aktual hadisələr mövzusunda material yazmaq fikri dərhal deyil, mülki şəxslərin, o cümlədən uşaqların atəşə tutulduğu Gəncədəki terrordan sonra gəldi. Bu, məndə dərin təəssürat yaratdı və həqiqətən təsiredici və ürəylərə toxunan, bir mahnı yazmaq istədim.

Mahnıların hazırlanması prosesində Bərdə şəhəri də atəşə tutuldu, burada da uşaqlar öldürüldü və layihəni erməni təcavüzünün qurbanı olan uşaqların xatirəsinə həsr etməyə qərar verdik”.

Qeyd edək ki, mahnının muğam hissəsindəki qəzəl Xosrov Sərtibi tərəfindən yazılıb. Aranjimanı Emin Kərim edib, balaban və tütək partiyasını isə Coşqun Sadıqov səsləndirib.




Geri qayıt