Əsas Səhifə > Şou-biznes > “Ermənilər Paşinyanın ətindən dönər hazırlamaq istəyirlər”

“Ermənilər Paşinyanın ətindən dönər hazırlamaq istəyirlər”


23-11-2020, 15:42
“Ermənilər Paşinyanın ətindən dönər hazırlamaq istəyirlər”
“Yaralar o qədər dərindir ki, onların qaysaq bağlamasına hələ çox vaxt lazımdır. Çünki biz təkcə bu müharibəni yox, həm də birinci Qarabağ müharibəsini görmüşük”.

Bu sözləri Yenisabah.az-a danışan Xalq artisti Brilliant Dadaşova deyib. Sənətçi birinci Qarabağ müharibəsində yaxınlarının iştirak etdiyini bildirib:

“Mən bunu bir dəfə də yaşamışam, doğma bacımın oğlu Tərtərdə vuruşub, “kantuziya” alıb, başına 27 tikiş qoyulub, xalam oğlu könüllü cəbhəyə getmişdi, polis işçisi idi, Bakının mərkəzində yaşayırdı, heç vaxt Qarabağı görməmişdi, amma vuruşmağa getmişdi.

O vaxt şəhərin mərkəzində qalırdım – Heydər Əliyevin lövhəsi asılan binada. Bütün şəhid tabutları bizim balkonumuzun altından keçirdi. Onlarla şəhid tabutu keçirdi, balkonda dayanıb ağlayaraq onları yola salırdım. Düz iki dəfə Bakıda metro partladıldı, halbuki biz heç vaxt mülki əhaliyə qarşı amansız olmamışıq. Biz öz torpaqlarımız üçün vuruşurduq. Torpaqlarımızı alandan sonra ürəkləri soyumadı, 94-cü ildə metronu partlatdılar. Həmin hadisədə mənim qohumlarım da həlak oldu”.

Xanım sənətçi qalibiyyətimizi həzm edə bilməyənlərin olduğunu da deyib:

“Bu gün biz qalib qəlmişik, bunu həzm edə bilməyənlər var, qalibiyyətimizi qurumuş dilinə gətirmək istəməyənlər var. Belə şeylər hər zaman olub, olacaq, çünki qalibin düşməni, gözü götürməyəni çox olar. Bir tərəfdən qulp yapışdırmaq istəyənlər çox olacaq. Bu müharibədə bizə ən çox dəstək olan ölkə qardaş Türkiyə oldu. 90-cı ildə müstəqilliyimizi tanıyan ilk ölkə onlar oldu. Onlar bizim qanımızdan, canımızdandırlar. Bizim əsgərimiz, ordumuz heç vaxt fağırın zalımı olmayıb, mülki əhaliyə əl qaldırmayıb. Görüntülərdən də aydın görünürdü ki, bizim əsgərlərimiz balaca erməni uşağı götürdülər, qorudular, yedirtdilər və öz ailəsinə təhvil verdilər. Lakin onlar Bərdədə 7 yaşlı Aysunumuzu, Gəncədə 15 yaşlı Nigar balamızı, 10 aylıq körpəni yatdığı yerdə qətl etdilər”.

B.Dadaşova xalqı informasiya müharibəsində bir olmağa səsləyib:

“Bizim informasiya müharibəmiz hələ bundan sonra başlayır. Bəzən elə öz həmvətənlərimiz yazırlar ki, “siz oxuyun, danışmayın”. Belə çıxır ki, yəni sən öz xalqının, vətəninin acısından-ağrısından, dərd-bəlasında danışma. Amma biz artıq xalq olaraq ayılmışıq və mən musiqimi sevən dinləyicilərimdən də dəstək istəyirəm. Məncə, hər kəs öz ölkəsini, jurnalistini dəstəkləməlidir. Biz hər zaman mərd xalq olmuşuq, mərhəmət hissimiz olub. Əgər kimsə əlimizə düşübsə, əsirdirsə, o bizim üçün gücsüz məxluqdur, biz heç vaxt gücsüzə öz gücümüzü göstərmək istəyən olmamışıq. Bizim kökümüzdə zalımlıq olmayıb”.

O, erməni xalqının hətta öz həmvətənlərinə qarşı da amansız olduğunu qeyd edib:

“Bilirsiniz, onlar vəhşi, yırtıcı insanlardırlar. Baxın, onlar Paşinyan haqqında nə deyirlər. Deyirlər ki, Paşinyanı verin dönər edək, ətini şəhər meydanından asaq, fırlansın və dönər kimi hərə bir tikə onun ətindən soysun. Onalr Paşinyanın ətindən dönər hazırlamaq istəyirlər.

Bizim ölkəmizdə də naxələf, bizi bada verən siyasətçilər olub. 20 faiz torpaqlarımız naşı siyasətçilərimizin badına getdi. Hamımız bilirik ki, 93-cü illərin sonuna yaxın H.Əliyev hakimiyyətə gəlməsəydi, çox torpağımız əldən gedəcəkdi. O, diz üstə çökmüş, əti didilmiş Azərbaycanı təhvil aldı. İçəridə olan qüvvələr Azərbaycanı neçə yerə bölmüşdülər, qruplaşmalar yaratmışdılar. Amma biz heç vaxt deməmişik ki, “verin onların ətini didək”. Bizim fərqimiz bax, budur!

Öz həmvətənlərinin dərisini soymaq istəyənlərin kəndlərdən çıxarkən oranı xaraba qoymağı normaldır. Onların arasından vəhşilər çoxdur. Amma aralarında normal insanlar da var və geri qayıtmaq istəyirlərsə, qayıtsınlar. Bizim sadə xalqla heç bir işimiz yoxdur. Biz həmişə böyük millət olmuşuq, xəstə təfəkkürə əl atmamışıq. Biz Nizami, Füzuli kimi dahilərin övladlarıyıq”.

Geri qayıt