Əsas Səhifə > Şou-biznes > "Dözməyə, bağışlamağa bir şey qalmayıb"
"Dözməyə, bağışlamağa bir şey qalmayıb"26-11-2020, 12:43 |
“Onlarda üz var ki, yenidən geri qayıtsınlar? Hansı üzlə qayıdacaqlar? Deyir, oğru elə bağırdı, doğrunun bağrı yarıldı. Onlar geri qayıdan deyil, heç bizimkilər də qəbul edən deyil”. Bu sözləri Yenisabah.az-a Xalq artisti Flora Kərimova deyib. Sənətçi bildirib ki, ermənilərin çox hissəsi Dağlıq Qarabağdakı əvvəlki yaşayış yerlərinə qayıdan deyil: “Gəlsələr də bir-iki ailə gələcək. Onlar da mütləq təxribat edəcəklər, hər yerdə deyəcəklər ki, guya biz onları döydük, söydük və sair. Biz gərək bunlara əvvəldən hazır olaq. Heç gələn deyillər, canlarından bezməyiblər ki, geri qayıdalar. O qədər anaları gözüyaşlı qoyublar, gəlinləri başı qara kəlağayılı ediblər, nə qədər xanımlarımız toy günündə nişanlısının, ərinin qara xəbərini alıb. Millət onları heç vaxt bağışlamaz! Mən heç cür anlaya bilmirəm ki, insan necə illərlə ona çörək, yer, torpaq verən insanın qədrini bilməyə, onu arxadan bıçaqlaya, sonra da gəlib yenidən onlarla yaşamaq istəyər? Bundan sonra bizim xalqa necə deyə bilərik ki, “gözünü yum, olanları ud”, artıq udmağa bir şey qalmayıb. Dözməyə, bağışlamağa bir şey qalmayıb. Hər bir ailənin o torpaqlarda qurbanı var. Dağlıq Qarabağdakı sülhməramlılar da üç-beş gün olacaq bəs sonra? İndi də görürük ki, o sülhməramlıları ermənilər öldürür, bir-birini qırırlar. Əgər sülhməramlılara əl qaldırırlarsa, sizcə, bizimlə birgə yaşaya bilərlərmi? “ F.Kərimova son hadisələrdən sonra erməni xalqının bütün dünyada rüsvay olduğunu qeyd edib: “Mən əvvəl bir qədər narahat idim ki, ermənilər Qarabağda, xüsusən Kəlbəcərdə olan bəzi yerləri verməkdən imtina edəcəklər. Amma sərkərdəmizə, Ali Baş Komandanımıza o qədər inanıram ki... Bilirəm, ermənilərə heç zəy də verməyəcək. Onları o qədər biabır etdi ki. Onun bir jesti var idi - əlini əlinə çırpıb dedi ki, bəsdir, siz artıq “damğalı” gəzirsiniz. Bu "damğa" erməni xalqının qocasının, cavanının, qadınının, gələcək nəslinin üstündədir. Bu millət hələ bu cür biabır olmamışdı. Bizim sərkərdəmiz onların maskasını lay-lay açdı, göstərdi. İndi nə edəcək? Bir az qışqıracaqlar, Fransa qışqıracaq, başqa dəstəkçiləri qışqıracaq, sonra susacaqlar. Biz o qədər elə qışqırıqlar eşitmişik ki...” Geri qayıt |