Əsas Səhifə > Şou-biznes > “Onlar “Böyük Ermənistan“ı yuxuda görərlər“
“Onlar “Böyük Ermənistan“ı yuxuda görərlər“1-12-2020, 15:35 |
Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub. Noyabrın 10-da imzalanan Bəyanata uyğun olaraq, bu gün Laçın rayonu Azərbaycana qaytarıldı. Mövzu ilə bağlı təəssüratlarını Yenisabah.az-la bölüşən Əməkdar artist Aybəniz Haşımova xalqı qələbə münasibətilə təbrik edib: “Mən bütün xalqı təbrik edirəm, bağrıma basıram. İnanın neçə gündür mən sevinirəm, şadam. Nəhayət ki, bu günü biz yaşadıq. Allaha təşəkkür edirəm ki, nə yaxşı mən dünyadan köçmədən bu günü mənə yaşatdı. Mən öz gözlərimlə gördüm ki, şəhidlərin qanı yerdə qalmadı, onların ruhu şaddır. Axır ki, ərazi bütövlüyümüz bərpa edildi. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm, bu qələbə onların qanı, cana bahasına əldə edilib. Allah hər zaman bayrağımızı uca eləsin, Azərbaycan övladları dünyanın hər bir yerində başı uca gəzsinlər. Onların xoş sədaları hər zaman gəlib bizə çatsın. Mən İlham Əliyevə sonsuz minnətdaram, o illərlə həsrətində olduğumuz Şuşanı, Laçını, Qubadlını bizə qaytardı. O torpaqların özü də əsir idi, o torpaqlar da əsirlikdən azad olundu. O qədər sevinirəm ki, Allahdan hər zaman özümə sevinc gözyaşları arzu edirəm. Təki həmişə gözümüzün yaşı sevincdən axsın. Bir tərəfdən də şəhidləri unutmaq olmur, bir gözümüz ağlayır, digəri gülür. Onların əməyi yerdə qalmadı. Bu gün də Laçın işğaldan azad olundu, tam qələbəni yaşadıq”. Sənətçi bundan sonra xalqa daha diqqətli olmağı məsləhət görüb: “Mənim xalqıma bir məsləhətim var: çalışın özünüzü həmişə qoruyun. Ataların belə bir məsəli var, deyir, düşmənlə dost ol, amma çomağını əldən yerə qoyma. Son günlər mətbuatı izləyirəm, qarşıma bir video çıxdı. Rayonlardan çıxmalı olanlar, Xankəndinə geri qayıdan ermənilərdən bəziləri deyir ki, “mən burada doğulmuşam, bura mənim torpağımdır və mən evimdən heç yerə getməyəcəyəm, öldürsələr də gedən deyiləm, axıra qədər vuruşacağam”. Gör nə qədər həyasız olasan ki, belə söz deyəsən. İstənilən millətin nümayəndəsi hər hansı ölkəyə gedib orada yaşaya və ya səfər edə bilər və həmin vaxt övladı orada dünyaya gələ bilər, bu normaldır. Mən tutalım Moskvaya gedib orada övladımı dünyaya gətirmişəmsə, sabah çıxıb deməliyəm ki, Moskva mənimdir? Nə qədər dəli olmalısan ki, belə xülyalarda olasan. Böyük Ermənistan yaratmaq hər zaman daşnakların arzusu olub, amma onu yuxuda görərlər. Onlar başa düşmür ki, quyuya su doldurmaqla, quyu dolmaz. Bu torpaq sənin deyil, sakit otur! Sovet dövründə hər zaman azərbaycanlılar ermənilərə hörmət edib, onlara bir pisliyimiz dəyməyib. Bu etdikləri onların qondardığı və xalqın da beyninə yeritdiyi yanlış tarixdir. Onlar bunu uydurublar və inanmaq, başqalarını da inandırmaq istəyirlər. Belə şeyi xəstə, psixoloji problem olan şəxslər edir. Çox şükür ki, haqq bərqərar oldu”. Geri qayıt |