Əsas Səhifə > Şou-biznes > Nailə İslamzadə də koronavirusa yoluxdu
Nailə İslamzadə də koronavirusa yoluxdu3-12-2020, 11:20 |
Tanınmış teleaparıcı, Əməkdar artist Nailə İslamzadə koronavirusa yoluxub. Bu barədə "Ölkə.Az"-a İslamzadə özü məlumat verib. N.İslamzadə bildirib ki, iki gün öncə koronavirusa yoluxduğunu bilib: "Evdə müalicə olunuram. Dörd-beş gün öncə özümdə narahatlıq hiss etdim. İki gün öncə testimin cavabı pozitiv çıxdı. Məsləhət görərdim ki, evdən ehtiyac olmadıqca heç yerə çıxmasınlar. Mən də çalışırdım ki, özümü qoruyum. Amma görünür ki, işdə koronavirusa yoluxmuş kimləsə təmasım olub". N.İslamzadə tamaşaçılarına tövsiyyə də verib: "Hamı özünü qorumalıdır. Bacardığımız qədər evdən çıxmamalıyıq. Dövlət müəssisələrind çalışanların yalnız otuz faizi işə çıxır. Digər sahələrdə çalışanlar da imkan daxilində bu qaydalara əməl etməlidirlər". Geri qayıt |