Əsas Səhifə > Şou-biznes > "Amma o sevinci yaşadıqmı?"

"Amma o sevinci yaşadıqmı?"


3-12-2020, 12:21
"Amma o sevinci yaşadıqmı?"
Tanınmış aparıcı Lalə Azərtaş müğənniləri tənqid edib.

Sfera.az xəbər verir ki, aparıcı sosial media hesabında öz fotolarını yayımlayanları qınayıb.

"Bilmirəm, həmkarlarıma, şou-biznes aləminə deyim, yoxsa siravi insanlara səslənim: təsəvvür edin, ən sonuncu şəhidimizi hesablasaq, 40-ı dekabrın sonunda çıxacaq. Gəlin, bu rəsmləri yığışdıraq. Mən də o qədər sevindim ki, bir-iki gün əl qaldırıb oynadım. 30 ilin həsrəti var idi. Amma o sevinci yaşadıqmı?

Şəhidlərimiz var. 40 gün açıq-saçıq şəkillər, gülüş dolu paylaşımlar etməyək. Foto paylaşıb yazırlar ki, birinci, yoxsa ikinci şəkil? Camaatın heç işi-gücü yoxdur, durub sizin fotoları seçəcək?"

Geri qayıt