Əsas Səhifə > Şou-biznes > "Toyunu edib, istədiyin ifaçını gətirəcəm"
"Toyunu edib, istədiyin ifaçını gətirəcəm"7-12-2020, 16:12 |
Müğənni Roza Zərgərli qazi Musa Hüseynovun evinə yollanıb. Sənətçi ayağından yaralanan hərbçimizə toyunu edəcəyini söz verib: "Sənin üçün əlimdən ancaq bu gəlir, toyunu özüm edəcəm. Bütün hər şeyi boynuma götürürəm. Bir də hansı müğənnini istəsən, bura gətirəcəm. Toyunu bütün Tovuz əhli üçün edirəm". Musa bildirib ki, müharibədə sona kimi gedə bilmədiyinə məyus olub: "Qazi olmasaydım hərbidə qalacaqdım. Komandirimə də demişdim ki, getməyəcəm, qalacam. Amma belə oldu. Təkcə ona pis oluram ki, sona kimi gedə bilmədim. Yaralananda da qorxmadım. Öz istəyimlə getmişəm. Minadır düşdü, partladı. Olan işdir. Xəstəxanada da bütün günü həkimləri bezdirmişdim ki, qayıdıram döyüşə. Söz verdilər ki, göndərəcəyik. Amma səhəri atamla evə göndərdilər". /Axşam.az Geri qayıt |