Əsas Səhifə > Şou-biznes > "O torpaqların hər birində olmuşam, gəzib dolanmışam"
"O torpaqların hər birində olmuşam, gəzib dolanmışam"10-12-2020, 09:56 |
“Prezidentimə can qurban, sağ olsun ki, bizim kimi yaşlı nəsilləri sevindirdi. Mən onun çıxışlarına qulaq asıram, heyrətlənirəm. Onun qulluğunda həmişə hazıram. Ordumuz onun sayəsində bir olub torpaqları işğaldan azad etdi. O biz sənətkarların da güman yeridir, hər zaman diqqəti ilə bizi sevindirir. Allah da onu, ailəsini sevindirsin”. Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, sevilən sənətkar Canəli Əkbərov deyib. Böyük sənətkarımız işğal altından azad etdiyimiz torpaqların hər birini vaxtilə qarış-qarış gəzdiyini bildirib. “O torpaqların hər birində olmuşam, gəzib dolanmışam. Mənim çəkilişlərim də var. Həmin görüntüləri evdəkilərə göstərib deyirəm ki, baxın görün mən necə gözəl yerlər gəzmişəm. İlk səfərimiz Sara Qədimova ilə Şuşaya olmuşdu, daha sonra bütün Qarabağ bölgəsini gəzdik. Gözəl qarşılanırdıq, hamı bizi səbirsizliklə gözləyirdi. Yadımdadır, konsertimiz bitən kimi gecə ilə Sara xanımla məni Bakıya yola saldılar. Çünki bizim səhəri gün başqa çıxışımız da var idi, sənətkara bu cür hörmət edirdilər. Şuşada şairlər məclisində Fikrət Qoca ilə də çox çıxışlarımız olub” - deyə sənətkar bildirib. Canəli Əkbərov koronovirus pandemiyasından özünü bu yolla qoruyur. “Qətiyyən çölə çıxmıram. Özümü qoruyan adamam. Evdə nəvələrimlə, nəticələrimlə başımı qatıram. Hamıya da məsləhət görürəm ki, evdə qalsınlar. Xəstəlik baş alıb gedir, çalışın özünüzü virusa təslim etməyin” - deyə xanəndə bildirib. Geri qayıt |