Əsas Səhifə > Şou-biznes > "Bir gün yaxşı, bir gün pis oluram"

"Bir gün yaxşı, bir gün pis oluram"


15-12-2020, 18:01
"Bir gün yaxşı, bir gün pis oluram"
Xəbər verdiyimiz kimi, aparıcı Afaq Gəncəli koronovirus infeksiyasına yoluxub.

Yenisabah.az xəbər verir ki, o, "10-da görüşək" proqramına telefonla bağlanaraq pis olduğunu söyləyib:

"Müalicəm davam edir. Özümü yaxşı hiss etmirəm. Bir gün yaxşı, bir gün pis oluram. Sümüklərim ağrıyır, hərarətim 34-35-ə düşür. Bir gün ancaq öskürdüm və boğuldum. Danışa bilmirdim, bir kəlmə deyəndə boğulurdum. Bilmirdim nəfəs alım, verim. Nəfəs almaq ritmi məndə pozulmuşdu. Çətin keçirirəm. Boğulma və can ağrısı olmasaydı, əla olardı. Yoluxandan on gün sonra xəstəlik məndə büruzə verib. Çox çətin xəstəlikdir, qolunu qaldırmağa halın olmur".

Geri qayıt