Əsas Səhifə > Şou-biznes > "Şəraitsizlikdən heç birini evləndirə bilməmişəm"

"Şəraitsizlikdən heç birini evləndirə bilməmişəm"


21-12-2020, 08:52
"Şəraitsizlikdən heç birini evləndirə bilməmişəm"
“Özümü çox narahat hiss edirdim, fikirləşdim ki, yəqin ürəyimdəndir. Çünki mənim ürəyimdə çatışmamazlıq var. 3 ay əvvəl həkimə getdim, mənə xərçəng xəstəliyinə tutulduğumu dedi. Xərçəng hələ ki, sinəmdədir, bədənimin digər nahiyələrinə keçməyib. Ev şəraitində müalicə alıram, bir dəri, bir sümük qalmışam. Bilmirəm xəstəliyimin dərdini çəkim, yoxsa imkansızlığımın”

Bunu Moderator.az-a “Lalə” qızlar ansamblının keçmiş solisti, bir zamanların məşhur müğənnisi Elmira Əliyeva deyib. Müğənni ona qarşı olan laqeyd münasibətdən şikayətlənib.

“82 yaşındayam, iki oğlum var. Şəraitsizlikdən heç birini evləndirə bilməmişəm. Bu gün sabah mən ölüb gedəcəyəm, hələ nənə olmamışam. Mənim yaşımdakıların artıq kötücəsi var (ağlayır). Mən də vaxtında pis yollara düşsəydim, sevgililərim olsaydı, bu cür həyat yaşamazdım. Pis yollara çəkmək istədilər məni, getmədim deyə yolumu kəsdilər. Nə sənətdən yarıdım, nə də ailədən. Həyat yoldaşım gözümün qabağında mənə xəyanət edirdi, içib məni döyürdü. Onun yumruğundan başımda o qədər yaralar əmələ gəlib ki. Zamanında konsertlərdə, dövlət tədbirlərində çox çıxış etmişəm. Amma indi məni yada salan yoxdur. Nə sənət yoldaşlarımın yadına düşürəm, nə də bir kimsənin. Çarəsiz qalmışam, bu cür yaşamaqdansa ölüm hamısından yaxşıdır” - deyə müğənni bildirib.

Qeyd edək ki, Elmira Əliyeva “Lalə” qızlar ansamblının ilk solistlərindəndir.

Geri qayıt